2023-cü ilin yanvar-may aylarında Azərbaycana 450,152 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 26,6% çoxdur.
Azərbaycanda ötən ay tərəvəzlər - 13%-Ə YAXIN UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $134 milyon 904 min (artım 8,8%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-may aylarında aldığı buğdanın qiyməti bir ton üçün $299,7 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $63 milyon 87,9 min dəyərində (artım 10,8%) 104,705 min ton şəkər xammalı və şəkər (azalma 0,8%), $65 milyon 638,6 min dəyərində (azalma 30.3%) 50,447 min ton bitki yağı (azalma 14,8%), $28 milyon 733,7 min dəyərində (azalma 3,9%) 5,374 min ton çay (azalma 11,6%), $41 milyon 310,1 min dəyərində (azalma 16,8%) 7,484 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 16,8%) idxal edilib.
Bununla yanaşı, respublikaya $10 milyon 431,6 min dəyərində (artım 2,2 dəfə) 2,636 min ton iribuynuzlu heyvan əti (artm 2,5 dəfə), $19 milyon 131,1 min dəyərində (artım 1,8%) 13,2 min ton quş əti və quş əti məhsulları (artım 8,3%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $63 milyon 41 min dəyərində (azalma 2,2%) 62,679 min ton meyvə (azalma 10%), $11 milyon 504,3 min dəyərində (azalma 2,1%) 19,628 min ton tərəvəz (azalma 1,1%), $25 milyon 880,2 min dəyərində (azalma 15,1%) 87,09 min ton kartof (azalma 20,9%) idxal edilib.
Yanvar-may aylarında ölkədən $103 milyon 385,8 min dəyərində (artım 4,5%) 103,536 min ton tərəvəz (artım 20%), $111 milyon 671,6 min dəyərində (artım 7,5%) 81,332 min ton meyvə (artım 12,6%), $23 milyon 381,4 min dəyərində (artım 57,7%) 52,838 ton kartof (artım 58,6%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $13 milyon 340,4 min dəyərində (artım 43,8%) 18,581 min ton şəkər (artım 28,6%), $1 milyon 721,4 min dəyərində (azalma 78,7%) 873,3 ton bitki yağı (azalma 82,6%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $7 milyon 718,1 min dəyərində (artım 39,5%) 6,359 min ton meyvə və tərəvəz şirələri (artım 38,5%), $2 milyon 759,4 min dəyərində (artım 2,6 dəfə) 145,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 92,2%), $6 milyon 148 min dəyərində (artım 89,1%) 4,214 min ton meyvə və tərəvəz konservləri (artım 56,5%), $2 milyon 468 min dəyərində (azalma 70,9%) 1,09 ton tütün (azalma 56,4%), $2 milyon 506,4 min dəyərində (azalma 51,3%) 279,1 ton çay (azalma 68,5%) ixrac edib. (İnterfaks-Azərbaycan)