2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 184 milyon 568 min dollar dəyərində məhsul ixtac edilib.
Azərbaycan Rusiya qarşısında - 922 Milyon Dollar Mənfidədir
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 dəfə və ya 134.7 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Bolqarıstana 49 milyon 853 min dollar dəyərində məhsul ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Bolqarıstandan Azərbaycana idxal illik müqayisədə 32.8% və ya 6.7 milyon dollar azalaraq 13 milyon 886 min dollar olub.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0.76% təşkil edib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.