Bu ilin dekabr ayında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı başqa sözlə 14 %-i ticarət sektorunun payına düşür: Odur ki, bu sahəd əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu yöndə konfederasiya gömrük orqanları ilə birgə fəaliyyəti davam etdirir. Yaradılmış sahibkarlıq şuralarında qaldırılan məsələlər həllini tapır. Bu dialoq forması kimi bu ilin dekabrında keçiriləcək Gömrük Forumunun faydalı olacağına əminik", - deyə o qeyd edib.