Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması istiqamətində layihələr həyata keçirilib.
Azərbaycanda “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” dəyişib - FƏRMAN
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) birinci müavini Bəhruz Quliyev Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib.
"Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən elektron xidmətlər Azərbaycanda əhali tərəfindən ən çox istifadə olunan xidmətlərdir. Yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi priotetlərimizdən biridir. Qeyd edim ki, gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub. ", - deyə o öz çıxışında bildirib .