Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 291 milyon 531,25 min dollar dəyərində 11 min 769 ədəd hibrid avtomobillər idxal olunub.
Bu barədə “FED.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan hibrid avtomobillərinin sayı 20,5% və ya 1 999 ədəd artıb.
Dəyər ifadəsində 171 milyon 782,31 min dollar və ya və 2,4 dəfə artım baş verib.
2022-ci ilin müvafiq dövründə Azərbaycana 119 milyon 748,94 min dollar dəyərində 9 min 770 ədəd hibrid avtomobili idxal edilib.
Hesabat dövründə 1 ədəd hibrid avtomobilin idxal qiyməti təxminən 24 min 771 dollar, keçən ilin eyni dövründə 12 min 257 dollara bərabər olub. Beləliklə, qiymətlər 12 min 514 dollar və ya 2 dəfə bahalaşıb.