Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,4 % və 37,5 % çoxdur.
6 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,2 dəfə azalaraq 77 ədəd (5,246 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,8 % artaraq 44 937 ədəd (679,509 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 7 329-u (159,582 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 124-ü (46,836 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 17,9 %, ikincinin isə 7,3 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 37,1 % artaraq 3 161 ədəd (47,461 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,2 % artaraq 198 ədəd (21,089 milyon ABŞ dolları dəyərində) olub. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.