Bu ilin yanvar-aprel aylarında qaz ixracının həcmi açıqlanıb.
Qaz ixracı 6 milyard dollara yaxınlaşdı – GƏLİR İSƏ 25% ARTDI
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Yanvar-aprel aylarında təxminən Avropaya 4 mlrd.m3, Türkiyəyə 3,1 mlrd.m3, Gürcüstana isə 0,9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,9 mlrd.m3 qaz nəql edilib", - nazir qeyd edib.
P.Şahbazov hasilat həcmlərini də açıqlayıb
"Yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,1 mln. ton, ixraca nəql edilən həcmlər isə 7,8 mln. ton olub. Bu dövrdə 16,7 mlrd.m3 qaz hasil edilib. 8 mlrd.m3 qaz isə ixrac olunub", - o bildirib.