Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.
FED.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, bu həcmin 88 faizi BTC kəmərinin payına düşüb.
Qeyd edək ki, 13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən BTC əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib.