Gədəbəy qızıl filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Hökumətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri bu gün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Mərkəzi Bankında yerləşdirilib.
ELƏCƏ DƏ BAX: "Görünür, Mərkəzi Bank sabitliyə tam əmin deyil"
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.
Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan ı Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.
Mərkəzi Bankda hökumətin qızılı - ARTDI
19:05
2 Noy 2018