Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Fövqəladə Hallar ¬Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
FED.az xəbər verir ki, həmin siyahıda aşağıdakı qurumlar yer alıb:
1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.
2. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu.
3. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu.
4. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.
5. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.
6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.
7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.
8. Tikintidə Qiymətqoyma Mərkəzi.
9. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti.
10. “Nəqliyyat Servis FH” Məhdud Məsuliyyətli Cəmiyyəti.
11. “Hidrotex” Məhdud Məsuliyyətli Cəmiyyəti.