Astara rayonu ərazisində yeni 3 ulduzlu otelin tikintisi planlaşdırılır.
FED.az xəbər verir ki, yerli «Khannad» şirkəti bu layihənin reallaşması üçün investor axtarır.
Layihəyə əsasən, otelin tikintisi 1,8 milyon manata və ya 1 milyon dollara başa gələcək. Otelin Talış dağlarının ətəyində, sağlamlıq turizmi üçün əlverişli olan ərazilərdə inşası nəzərdə tutulur.
Vəsaitin 88%-nin yəni 1 milyon 584 min manatının kənar investor, 216 min manatının isə layihə sahibi tərəfindən yatırılması nəzərdə tutulur. Tikintinin bir il çəkəcəyi, yatırımın qayıtma müddətinin isə 7 il olacaqğı planlaşdırılır.