Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Kəşmir paltolu canavar: “Louis Vuitton”un sahibi Bernar Arnonun - UĞUR HEKAYƏSİ

Kəşmir paltolu canavar: “Louis Vuitton”un sahibi Bernar Arnonun - UĞUR HEKAYƏSİ | FED.az
16:55 28 Dek 2021

72 yaşlı fransız iş adamı Bernar Arno dünyanın ən varlı insanlarından biridir. O, ən böyük lüks mallar şirkəti LVMH Moët Hennessy-yə sahibdir. Bəziləri Arnonu dəbin atası, bəziləri isə “kəşmir paltolu canavar” adlandırırlar. Bu niyə belədir?

Eləcə də bax: “Four Seasons Hotel Baku”nun yerindəki qədim binanın və “Azneft”in binasının sahibi – Bəxt Ulduzu Birdən Parlayan Neftxuda

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bernar Arno Forbes reytinqində üçüncü yerdədir – onun sərvəti 194 milyard dollardır. Fransalı iş adamını tez-tez müasir lüks sənayenin xaç atası adlandırırlar. O, kasıb ailədən deyil – atası tikinti biznesində layiqli sərvət qazanıb, Bernar isə bu kapitalı necə artıra biləcəyini tapıb.

Gələcək milyarder Parisdəki politexnika məktəbinin “mühəndislik” ixtisasını bitirib və 1971-ci ildə atasının Ferret-Savinel tikinti şirkətinə nəzarət etməyə başlayıb. Gənc iş adamının maraqları təkcə tikinti ilə məhdudlaşmırdı. O, genişləndirə biləcəyi müəssisə almaq istəyirdi.

Bernar atasını şirkətin tikinti bölməsini satmağa və diqqətini daşınmaz əmlaka yönəltməyə inandırdı, 1981-ci ildə isə müvəqqəti olaraq ABŞ-a köçdü.

1984-cü ildə Bernar hələ gənc mütəxəssis olarkən Fransaya qayıdıb. O eşidib ki, Fransa hökuməti Dior dəb evinin daxil olduğu Boussac tekstil şirkətini alacaq birini axtarır. Arno dərhal onunla maraqlanıb. Maraqlıdır ki, bu sövdələşməyə milyarderi Fransanın eks-prezidenti Şarl de Qollun adını tanımayan, lakin Dior haqqında eşitmiş olan taksi sürücüsü ilə dialoqu sövq edib.

Razılaşmadan sonra Arno 2 il ərzində 9 min işçini ixtisar etdi və “Terminator” ləqəbini qazandı. 1988-1989-cu illər arasında sahibkar Arnault LVMH-yə nəzarəti ələ keçirdi, bu da onun lüks mallar seqmentindəki mövqeyini gücləndirdi.

Arno eyni ssenarini digər şirkətlərdə də tətbiq edirdi. O, təsisçiləri sıxışdırırdı, ailələri parçalayırdı və Givenchy, Château d’Yquem və Duty Free Shoppers şirkətlərdə iş ortaqları arasında fikir ayrılığı yaradırdı.

1999-cu ildə Arno bütün diqqətini Tom Ford və Domeniko De Sole tərəfindən idarə olunan italyan Gucci markasına yönəltdi. Fransız iş adamı səssizcə səhmlərin 34.4%-ni ələ keçirtdi. İtalyanlar şirkətlərinin LVMH tərəfindən ələ keçirilməsini istəmirdilər. 2001-ci ilə qədər davam edən məhkəmə çəkişmələri başladı. The New York Post bu qarşıdurmanı “dəbdəki qanlı müharibə” və “akulaların müharibəsi” adlandırdı.

Nəhayət, LVMH öz səhmlərini satdı və 700 milyon dollar mənfəətlə oyundan çıxdı.

Bernard Arnault biznes yüksəkliklərini fəth edərkən həmişə sərtliyi ilə irəli çəkilmişdir. Lakin iş adamının sadiq qaldığı prinsip tək bu deyil. Lüks sənayesində qlobal lider olmağa kömək edən daha bir neçə prinsip var.

d0eea7c7dd5e477e66fd3d45f81b4dedf2d80356

Biznesdən xoşbəxt olmaq

Bernar Arno üçün xoşbəxtlik aparıcı mövqe tutmaqdır – istər idman, istər musiqi, istərsə də biznesdə. Milyarder üçün pul ikinci dərəcəli dəyərdir.

“Mən həmişə komandama deyirəm ki, gəlirlilikdən narahat olmayın. Əgər işini yaxşı görsən, pul gələcək. Bir brendi müzakirə edəndə həmişə deyirəm ki, məni həqiqətən narahat edən 6 ayda əldə edəcəyimiz qazanc deyil, onun 5 və ya 10 ildən sonra necə olacağıdır”, – iş adamı vurğulayır.

Səbr

Bernar Arno etiraf edir: o, o qədər də tez-tez səhv etmir, amma yenə də qərarlarından birinə görə peşmandır. Təxminən 19 il əvvəl iş adamı 5 il sahib olduğu kosmetik markanı satmışdı, çünki şirkət qazanc gətirmirdi.

“Bu brendi özümə saxlamalı idim. Mən başa düşdüm: biznesiniz uğursuzdursa, onu daha yaxşı başa düşmək və səbirli olmaq üçün çalışmaq lazımdır. Belə ki, bir şeyin işləməsi üçün illər lazım ola bilər. İndi həmin biznes çox uğurludur”, – milyarder söyləyir.

Düzgün reklam

“Alıcılar məhsulu istəməlidirlər. Amma bu sadə səslənir. Əslində, yüksək keyfiyyətli və düzgün reklam yaratmaq çətindir – onun brendi əks etdirməsini təmin etmək problemlidir”, – deyə Arno müsahibələrdən birində söyləyir.

İş adamının sözlərinə görə, şirkətin edə biləcəyi ən böyük səhv reklam işini marketinq şöbəsinə tapşırmaqdır. Arno hesab edir ki, bu prosesdə məhsulu yaradan dizaynerlər iştirak etməlidirlər.

“Dior reklam kampaniyasında Con Qalyano modelin makiyajını özü etmişdi. O, həm də pozaları seçirdi. Stilistin təkbaşına etmədiyi tək şey fotoşəkillər idi”, – Arno davam edir.

3ce0a45dcdf173391a68c57eaa6019022240e95b

Fərqlilik

Bernar Arno inanmadığı layihələrə sərmayə qoymur. İş adamı əmindir ki, hər brend və  insan dünyanı fəth edə bilməz.

“Siz pianoda gündə 10 saat məşq etsəniz də, Vladimir Horovits ola bilməzsiniz. Ulduz olmaq üçün daha çox şeyə ehtiyacınız var – ilk növbədə istedad. Bir çox brend ulduz ola bilər, lakin zəif idarə olunduğundan kölgədən çıxmır. Eyni zamanda güclü idarəyə malik bəzi brendlər heç vaxt qlobal miqyasda uğur qazana bilməyəcək. Onlarda sözlə ifadə olunmayan o sehr yoxdur”, – iş adamı fikrini arqumentləşdirir.

Əzmkarlıq

“Siz israrlı olmalısınız. Əlbəttə ki, ideyalar lazımdır, lakin bu, uğurun yalnız 20%-dir. Qalan 80% icradan asılıdır. Mən tez-tez texnoloji startaplara sərmayə qoyuram. Məsələn, Facebook-u götürək  – bu, əla ideya idi. Ancaq oxşar ideyaya malik başqa şirkətlər də var idi. Niyə bu gün məhz Facebook məşhurdur? Bu, icra məharəti ilə bağlıdır”, – Bernar Arno bölüşür.

Milyarderin sözlərinə görə, əzmkarlıq və məhsuldarlıq onun startapda işə başlayan gənc mütəxəssislərə mütləq tövsiyə etdiyi iki keyfiyyətdir.

Süni defisit

LVMH hər mövsüm bir çox insanın xəyal etdiyi məhdud sayda Vuitton çantaları buraxır. Məsələn, 2004-cü ildə LVMH Böyük Britaniyada 5 550 dollara cəmi on Theda çantası istehsal edib.

“Əgər Theda çantası ala bilmirsinizsə, pulunuzu Louis Vuitton-un hər il istehsal etdiyi 180 digər standart çantalardan birinə xərcləyəcəksiniz. Onlar Theda-dan daha ucuz olduqları üçün gözünüzdə əlverişli sərmayə olacaq”, – növbəti sirrini açıqlayan Bernar Arno söyləyir.

Banner
Banner
  • Kəşmir
  • palto
  • Louis Vuitton
  • sahib
  • Bernar Arnon
Paylaş

Digər xəbərlər

"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ
Biznes tarixi 8 May 2023
"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ
«Cücələrim»lə başlayan Amerika səyahəti – Nyu Yorkda «Bakı» restoranları açan azərbaycanlı – «HİLARİ KLİNTON DA GƏLİRDİ» - MÜSAHİBƏ
Biznes tarixi 13 Aprel 2023
«Cücələrim»lə başlayan Amerika səyahəti – Nyu Yorkda «Bakı» restoranları açan azərbaycanlı – «HİLARİ KLİNTON DA GƏLİRDİ» - MÜSAHİBƏ
«Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ
Biznes tarixi 10 Aprel 2023
«Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Biznes tarixi 10 Aprel 2023
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Azərbaycanlı iş adamı: “30 milyonluq portfeli olan Nigeriya bankında tətbiq etdiyimiz sistemi ölkəmizdə qurmaq istəyirik” – MÜSAHİBƏ
Biznes tarixi 7 Aprel 2023
Azərbaycanlı iş adamı: “30 milyonluq portfeli olan Nigeriya bankında tətbiq etdiyimiz sistemi ölkəmizdə qurmaq istəyirik” – MÜSAHİBƏ
Mələk simalı türk mühəndis dünyanın hərb elmini necə dəyişdi? – SƏLCUK BAYRAKTARIN TARİXÇƏSİ
Biznes tarixi 3 Aprel 2023
Mələk simalı türk mühəndis dünyanın hərb elmini necə dəyişdi? – SƏLCUK BAYRAKTARIN TARİXÇƏSİ
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
Biznes tarixi 25 Mart 2023
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 4 Mart 2023
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Bərdədə oturub Amerikaya məhsul satmaq - Milyonlar qazanan da var, davam etməyən də - Dropshipping necə işləyir? - MÜSAHİBƏ
Biznes tarixi 27 Fev 2023
Bərdədə oturub Amerikaya məhsul satmaq - Milyonlar qazanan da var, davam etməyən də - Dropshipping necə işləyir? - MÜSAHİBƏ
Bankda işləyib, «gül kimi qazanır»dı, işdən çıxıb 10 manata şirkət qurdu – BAZAR DƏYƏRİ 3 MİLYON DOLLARDIR
Biznes tarixi 16 Fev 2023
Bankda işləyib, «gül kimi qazanır»dı, işdən çıxıb 10 manata şirkət qurdu – BAZAR DƏYƏRİ 3 MİLYON DOLLARDIR
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azerbaijan Coca - Cola Bottlers" işçi axtarır - VAKANSİYA
    21:04 1 İyun 2023
  • "Bakı Çayçəkici" işçilər axtarır - MAAŞ 1100-1300-2000-2500 MANAT - VAKANSİYALAR
    21:01 1 İyun 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:58 1 İyun 2023
  • Gürcüstanda işləmək üçün işçi axtarılır - VAKANSİYA
    20:51 1 İyun 2023
  • Əliyev-Paşinyan görüşünün nəticəsi barədə - MƏTBUATA AÇIQLAMA
    20:36 1 İyun 2023
  • "Ziraat Bank Azərbaycan" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:32 1 İyun 2023
  • Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYALAR
    20:30 1 İyun 2023
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    20:26 1 İyun 2023
  • "Trawell Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:23 1 İyun 2023
  • "Azprotein Foods Group" işçi axtarır - MAAŞ 600-800 MANAT - VAKANSİYA
    20:19 1 İyun 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 700+ MANAT - VAKANSİYA
    20:16 1 İyun 2023
  • "Norm Sement" işçi axtarır - VAKANSİYA
    20:14 1 İyun 2023
  • “App Store”da il ərzində satışlar - $1,1 TRİLYONU KEÇDİ
    19:33 1 İyun 2023
  • Azərbaycanda 100-dən artıq internet provayderi var - NAZİRLİK AÇIQLADI
    19:31 1 İyun 2023
  • Lerikdə əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb - VİDEO
    19:22 1 İyun 2023
  • Oğuza diametri 25-30 millimetr olan dolu yağıb
    19:18 1 İyun 2023
  • “İnkişaf üçün Maliyyə” BOKT sürətlə böyüyür – MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
    18:20 1 İyun 2023
  • Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinini - GÖRÜŞÜ BAŞLADI
    18:17 1 İyun 2023
  • Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - ŞƏRTLƏR
    18:11 1 İyun 2023
  • Azərbaycanda uçota alınan internet operator və provayderlərin sayı - MƏLUM OLUB
    18:02 1 İyun 2023
  • Bank VTB (Azərbaycan) - TENDER ELAN EDİR
    17:55 1 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:50 1 İyun 2023
  • Yelo Bank-ın dəstəyi ilə Gəncədə Uşaqlar Günü - QEYD EDİLDİ
    17:33 1 İyun 2023
  • Sumqayıtdakı məşhur müəssisə - HƏRRACA ÇIXARILDI - 4 MİLYON MANAT ÖDƏNİŞ EDİLMƏLİDİR
    17:27 1 İyun 2023
  • 246 min manatlıq elektrik malları sifarişi "Xəzər İnşaat KO" şirkətinə verildi
    17:27 1 İyun 2023
  • Xaricdə təhsil alan daha - 102 nəfərin diplomu tanınmayıb
    17:23 1 İyun 2023
  • "Amrahbank" ASC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:17 1 İyun 2023
  • Hər ağac 40-50 kq məhsul verir, 1 kiloqramının - QİYMƏTİ 2 MANATDIR - XARİCƏ SATACAQLAR
    17:10 1 İyun 2023
  • Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi - TENDER ELAN EDİR
    17:09 1 İyun 2023
  • Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb – MƏBLƏĞLƏR
    17:09 1 İyun 2023
  • Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
    16:58 1 İyun 2023
  • Azərbaycanda indiyə qədər özəlləşdirilən dövlət əmlaklarının sayı - AÇIQLANDI
    16:53 1 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:48 1 İyun 2023
  • Azərbaycanın Ukraynada - ŞƏRAB ZAVODU VAR
    16:44 1 İyun 2023
  • Rabitəbank uşaq evini - ZİYARƏT ETDİ
    16:36 1 İyun 2023
  • Dövlət agentliyi yeməkxana ləvazimatları alır - TENDER ELANI
    16:33 1 İyun 2023
  • VTB (Azərbaycan) kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
    16:27 1 İyun 2023
  • “Aqrar Fresh Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:25 1 İyun 2023
  • SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur - FOTOLAR
    16:20 1 İyun 2023
  • Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
    16:15 1 İyun 2023
  • "DOST" Agentliyi auditor seçib - TENDER NƏTİCƏSİ
    16:13 1 İyun 2023
  • "Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək"
    15:58 1 İyun 2023
  • Rusiyada Prezident aparatının əməkdaşlarına iPhone-dan istifadə - QADAĞAN OLUNUB
    15:51 1 İyun 2023
  • “Em Group SS" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    15:47 1 İyun 2023
  • 29 yaşlı oğlanın büdcəyə 2 milyon yarım borcu necə yaranıb? - MƏHKƏMƏ
    15:43 1 İyun 2023
  • 283 min manatlıq tender "Kaskad Hidro M" şirkətinə verildi
    15:40 1 İyun 2023
  • Azər Türk Bank uşaqlar üçün atb Junior kartını - TƏQDİM EDİR
    15:34 1 İyun 2023
  • "Aqro Təchizat Servis” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:31 1 İyun 2023
  • Bakı Baş Səhiyyə Mərkəzi 5 - TƏKLFİLƏR SORĞUSU ELAN EDİR
    15:25 1 İyun 2023
  • İnnovativ mükəmməlliyin tanınması: SAMSUNG 17-ci ildir ki, qlobal TV bazarına - LİDERLİK EDİR
    15:24 1 İyun 2023
  • Laçın Suvarma Sistemləri İdarəsinin tenderi - LƏĞV OLUNDU - SƏBƏB
    15:13 1 İyun 2023
  • ETSN: Köhnə avtomobillər 300-350, yeni avtomobillər 100-120 qram zərərli maddə buraxır
    15:12 1 İyun 2023
  • Rövşən Nəcəf: "SOCAR neft və qaz hasilatına investisiyaları artırıb"
    15:03 1 İyun 2023
  • “Clear”in sahibinin 2,3 milyonunu ələ keçirənə - AĞIR CƏZA
    14:58 1 İyun 2023
  • "Azsertcenter" MMC Azərbaycan Akkreditasiya Mərkəzini - MƏHKƏMƏYƏ VERİB - SƏBƏB
    14:50 1 İyun 2023
  • Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək - ÜNVANLAR
    14:48 1 İyun 2023
  • “Ricon” MMC-yə 151 manatadan çox sifariş – TENDER NƏTİCƏSİ
    14:42 1 İyun 2023
  • “GL LTD” neft-qaz şirkətində - TƏYİNAT
    14:42 1 İyun 2023
  • Azərbaycana gətiriləcək işlənmiş avtomobillər üçün utilizasiya haqlarının ilkin məbləğləri - AÇIQLANIB
    14:37 1 İyun 2023
  • Milli Məclis - TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    14:31 1 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!