Dünyada ən böyük sərvətə malik olan ailələrin siyahısı açıqlanıb.
FED.az xəbər verir ki, «Bloomberg» agentliyinin məlumatına görə, ən vardı 25 ailənin ümumi sərvəti 1,7 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlki göstəricidən 22% artıqdır.
Ən varlı ailələrin siyahısına məşhur «Walmart», «Mars», «Koch Industries» və «Hermes» brendlərinin sahibləri daxildir.
Varlı ailələrin siyahısına dünyann ən böyük pərakəndə və topdansatış satış şəbəkəsi sayılan «Walmart»ın sahibi olan Uolton ailəsi başçılıq edir. Bu ailənin sərvəti $238,2 milyarddır.
Dünyanın ən varlı 10 ərəb biznesmeni - MƏLUM OLDU - SİYAHI
Xatırladaq ki, «Walmart» şirkəti biznesmen Sem Uolton tərəfindən 1962-ci ildə yaradılıb. Hazırda bu şəbəkənin bütün dünyada 10,5 min mağazası var, şirkətin dövriyyəsi 559 milyard dollar təşkil edir. Uoltonun ailəsi hazırda «Walmart»ın 48%-nə sahibdir.
Dünyanın ən varlı qadını – MAKKENZİ SKOTT
Yeri gəlmişkən, şəkildə Uolton ailəsinin üzvləri olan Rob, Elis və Cim Uolton əks olunub.
İkinci yeri «Mars» şirkətinə sahiblik edən Mars ailəsi tutub. «Mars» şirniyyat məhsulları və uzunmüddət saxlama imkanı olan məhsullar istehsal edir. Mars ailəsi «M&Ms», «Milky Way» və «Snickers» kimi brendlərin sahibidir. Bu ailənin sərvəti 141,9 milyard dollar həcmində qiymətləndirilir. Son bir ildə bu göstərici 39,2 milyard dollar artıb.
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan – RAYONLAR/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR
Dünyada üçüncü ən varlı ailə – Kox ailəsidir. Onun sahib olduğu «Koch Industries» şirkəti neft emalı və kimyəvi emalla məşğul olur. Kox ailəsinin sərvəti 124,4 milyard dollar təşkil edir.
Ən varlı ailələrin ilk 10-luğuna aşağıdakı ailələr də daxildir.
Azərbaycanda ən yüksək və ən aşağı pensiya olan – RAYONLAR/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR
Hermes ailəsi, məşhur fransız moda evi «Hermes»in sahibidir— 111,6 milyard dollar;
Əl Səud, Səudiyyə kral ailəsi — 100 milyard dollar;
Ambani ailəsi, Hindistanın neft hasilatı və emalı ilə məşğul olan «Reliance Industries» holdinqinin sahibi - 93,7 milyard dollar;
Vertxaymer ailəsi, Fransanın «Chanel» moda evinin sahibi — 61,8 milyard dollar;
Conson ailəsi, ABŞ-ın aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış «Fidelity Investments» şirkətinin sahibi — 61,2 milyard dollar;
Tomson ailəsi, məşhur «Thomson Reuters» media şirkətinin sahibi — 61,1 milyard dollar;
Berinqer ailəsi, «Boehringer Ingelheim» əzcaçılıq şirkətinin sahibi — 59,2 milyard dollar.
Ümumilikdə dünyanın varlı ailələrinin siyahısında 25 ailə var. Buraya Albrext ailəsi (Almaniyanın endirimli mallar satan «Aldi» mağazalar şəbəkəsinin sahibi, sərvəti 51 milyard dollar), «Estee Lauder» kosmetika brendinin sahibi olan Lauder ailəsi (49,3 milyard dollar), Fransanın ticarət nəhəngi olan «Auchan»ın sahibi Mülye ailəsi (45,9 milyard dollar), eləcə də «BMW»nin sahibi olan Kvandt ailəsi (42,3 milyard dollar) daxildir.
Siyahıda bəzi məşhur ailələrin, o cümlədən Rokfellerlərin adı yoxdur. «Bloomberg» bunu onunla izah edir ki, həmin ailələrin aktivlərini izləmək asan deyil. Eləcə də bu siyahıya ailəsinin birinci nəslini yaşayan və sərvətləri bir varis tərəfindən idarə olunan ailələr daxil edilməyib.
Yeri gəlmişkən, Uolton ailəsi 3-cü nəsil, Mars ailəsi 5-ci nəsil, Erme ailəsi 6-cı nəsil, Səud ailəsi isə 3-cü nəslini yaşayır.