“Capital Partners İnvestisiya Şirkəti” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“İnvest-az”ın aktivləri və xalis mənfəəti - KƏSKİN ARTDI - HESABAT
"AzFinance" İnvestisiya Şirkətinin vəziyyəti məlum oldu - MƏNFƏƏTİ AZALIB - HESABAT
Kəmalə Məmmədovanın investisiya şirkəti bir ildə - 1,3 MİLYON MANAT QAZANIB
«Xalq Kapital» investisiya şirkətinin – MƏNFƏƏTİ KƏSKİN AZALIB - HESABAT
"PSG Kapital" kiçilib, gəliri və mənfəəti - 2 DƏFƏ AZALIB
350 min manata satılan şirkətin vəziyyəti məlum oldu – HESABAT
FED.az xəbər verir ki, şirkət yeni fəaliyyətə başlayıb, ona görə də əməliyyat gəlirlərini 2022-ci ildə əldə etməyə başlayıb.
Ötən il şirkətin əməliyyat gəlirləri 25,4 min manat təşkil edib.
Bu məbləğin 17,1 min manatı brokerlik xidmətlərindən, 8,3 min manat isə portfelini idarə olunmasından əldə edilib.
Daha 15 min manat isə investisiya fəaliyyətindən daxil olub – yəni dividend gəliri olub.
Nəticədə şirkətin illik ümumi gəliri 40,4 min manat təşkil edib.
2022-ci ildə “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin İnzibati və sair əməliyyat xərcləri isə 47,3 min manat təşkil edib. Bundan 28,8 min manat maaşlar, 9,3 min manatı komissiya xərcləri, 5600 manat üzvlük, 1500 manat isə vergi xərcləri olub.
Nəticədə şirkətin vergidən əvvəlki zərəri 6,9 min manat, 251 manat mənfəət vergisi ödəniləndən sonra isə xalis zərəri 6,7 min manat olub. Xatırladaq ki, şirkətin tam gücü ilə işləmədiyi 2021-ci ildə xalis mənfəət 13,7 min manat olmuşdu.
“Capital Partners İnvestisiya Şirkəti”nİn aktivləri son bir ildə 339 min manat yaxud, 2,3 dəfə artıb və 596,4 min manat olub.
Pul vəsaitləri və onların ekvivalentləri 292 min manat olub ki, bu da 2021-ci illə müqayisədə təxminən 277 min manat, və ya 19% çoxdur.
İnvestisiya qiymətli kağızları dəyişməyib və 240 min manat olaraq qalıb.
Şirkətin öhdəlikləri hələlik yox səviyyəsindədir - 26 min manat, yəni 78% artımdan sonra 59 min manata bərabər olub.
Kapital göstəricilərində isə 313 min manat, yəni 2,4 dəfə artım qeydə alınıb və 537 min manat olub.
2022ci ildə “Capital Partners İnvestisiya Şirkəti” QSC-in nizamnamə kapitalı 5 dəfə artırılaraq 80 min manatdan 400 min manata çatdırılıb.
İnvestisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gəlirlər isə dəyişməyərək 144 min manat olaraq qalıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür