2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 774,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 317,6 milyon manat və ya 21,8% çoxdur.
2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 456,9 milyon manat olub.
Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 265,7 milyon (17,6%) artıb.
Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 1 milyard 508,8 milyon manat təşkil edib.