Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 451,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu, iyunun 1-i ilə müqayisədə 14,8 milyon manat və ya 3,2 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,9 milyon manat və ya 3,2 % artıb, son 1 ildə isə 50,6 milyon manat və ya 10,1 % azalıb.