Naxçıvan MR-nın Nazirlər Kabineti “Aqrar sığorta Qaydaları”nın təsdiq olunmasına dair qərar qəbul edib.
Eləcə də bax: Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı - Təsdiqlənib
FED.az xəbər verir ki, bununla bağlı qərarı muxtar respublikanın baş naziri Səbuhi Məmmədov imzalayıb.
1. Aqrar sığorta qaydalarına dair ümumi şərtlər
1.1. Ümumi müddəalar
1.1.1. Bu Qaydalar “Aqrar Sığorta Fondunun yaradılması barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 08 yanvar tarixli 198-VFR nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən hazırlanmışdır və Naxçıvan Muxtar Respublikası ərazisində aqrar sığorta mexanizminin tənzimlənmə meyarlarını müəyyən edir.
1.1.2. Aqrar sığorta müqaviləsindən (bundan sonra - sığorta müqaviləsi) irəli gələn və bu Qaydalarla tənzimlənməyən məsələlər mülki və sığorta qanunvericiliyi ilə tənzimlənir.
1.1.3. Bu Qaydalar karantin rejiminin tətbiqi ilə bağlı elan olunmuş hallara şamil olunmur və belə hallarda karantin rejimi tətbiq olunan ərazilərdə fitosanitar və baytarlıq tədbirlərinin aparılması xərcləri qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
1.2. Əsas anlayışlar
1.2.1. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə edilir:
1. Aqrar Sığorta Fondu (bundan sonra - Fond) – Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs;
2. idarəedici qurum - Fondun adından aqrar sığorta sisteminin idarə edilməsini həyata keçirən müştərək sığortaçı;
3. müstəqil ekspert - kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs;
4. aqrar sığortalı (bundan sonra - sığortalı) - aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;
5. faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;
6. aqrar sığorta məhsulu (bundan sonra - sığorta məhsulu) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına onların əmlak mənafelərinin müdafiəsi üçün vasitəçi aqrar sığortaçı tərəfindən təklif edilən sığorta xidməti;
7. aqrar sığorta məhsulunun şərtləri (bundan sonra - sığorta məhsulunun şərtləri) - sığortalıya göstərilən aqrar sığorta məhsullarının (xidmətlərin) növləri və tarifləri, sığorta müqavilələri və bu Qaydalarla bağlı məsələləri ehtiva edən, bu Qaydalara uyğun olaraq hazırlanan və Fond tərəfindən təsdiq olunan şərtlər toplusu;
8. riskin qiymətləndirilməsi- bu Qaydalarda və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan hallarda, sığorta müqaviləsinin bağlanılmasından əvvəl müstəqil ekspert (ekspertlər) tərəfindən aqrar sığorta predmetinə (bundan sonra - sığorta predmeti) baxış keçirilərək məruz qala biləcəyi risklərin müəyyənləşdirilməsi;
9. zərərin qiymətləndirilməsi - sığorta müqaviləsinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində yaranan zərərlərin müstəqil ekspert (ekspertlər) tərəfindən müəyyənləşdirilməsi;
10. şərtsiz azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və hər bir halda sığortalının üzərində qalan hissəsi;
11. şərtsiz gözləmə müddəti - sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən müddət ərzində yaranan itkilərə şamil edilmədiyi müddət;
12. birkalanma - kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların qeydiyyata alınaraq müvafiq qaydada qulaqlarına ardıcıl nömrələrin yerləşdirilməsi yolu ilə identikləşdirilməsi;
13. məcburi kəsim - kənd təsərrüfatı heyvanlarına və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlara təminat verilmiş sığorta riskləri nəticəsində dəymiş zərərin aradan qaldırılması mümkün olmadığı hallarda yararlı hissələrinin dəyər itirməməsi səbəbindən heyvan kəsimi məntəqələrinə verilərək kəsilməsi;
14. aqrotexniki tədbirlər - torpağın münbitliyini qorumaq şərtilə kənd təsərrüfatı bitkilərindən planlaşdırılmış məhsulu əldə etmək üçün həyata keçirilən və sahənin ümumi fitosanitar vəziyyətinə nəzarət edilməsi, torpağın becərilməsi, bitkinin düzgün qida sahəsi ilə təmin olunması (bitkilərarası və cərgələrarası məsafənin nizamlanması), səpinin aparılması, əkin sahələrinin gübrələnməsi, suvarılması, habelə bitki xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı mübarizənin aparılması, növbəli əkinin tətbiq edilməsi və məhsulun vaxtında yığılmasını əhatə edən tədbirlər;
15. zoobaytar tədbirlər - kənd təsərrüfatı heyvanlarından planlaşdırılmış məhsulu (ət, süd və s.) əldə etmək üçün həyata keçirilən və sahənin ümumi baytarlıq-sanitariya və zootexniki vəziyyətinə nəzarət edilməsi, heyvanların saxlanması, yetişdirilməsi, yemlənməsi, həmçinin heyvan xəstəliklərinə qarşı profilaktiki və müalicə tədbirlərinin aparılmasını əhatə edən tədbirlər;
16.Aqrar Sığorta İnformasiya Sistemi (bundan sonra – ASİS) - aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə Fond tərəfindən yaradılan dövlət informasiya sistemi.
1.3. Sığorta sinfi
1.3.1. Bu Qaydalar qanunvericiliyə uyğun olaraq, aqrar sığorta sinfini əhatə edir.
1.4. Sığorta predmeti və təminat verilən risklər
1.4.1. Qanunvericilikdə nəzərdə tutulan sığorta predmetləri üzrə həmin predmetlərin tərkibi, təminat verilən sığorta riskləri, istisnalar və digər məsələlər bu Qaydaların 2-ci, 3-cü və 4-cü hissələrinin hər biri üzrə ayrılıqda müəyyən edilir. Qanunvericiliklə müəyyən edilən hər bir predmet üzrə ayrılıqda sığorta müqaviləsi bağlanılır.
1.4.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”nin 2-ci hissəsinə əsasən bu Qaydaların 2.2-ci, 3.2-ci və 4.2-ci bəndlərində müəyyən edilmiş risklərin sırasından seçilən və təminat verilməsi nəzərdə tutulan risklər üzrə sığorta məhsulları hər il Fond tərəfindənmüəyyən edilir.
1.5. Sığorta hadisəsi
1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
1.5.2. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ting (şitil) və ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta predmetinə tam zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilir.
1.5.3. Sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir.
1.6. Sığorta məbləği, şərtsiz azadolma məbləği
və şərtsiz gözləmə müddəti
1.6.1. Sığorta məbləği bu Qaydaların 1.6.2-1.6.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
1.6.2. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə məhsul təminatına dair sığorta məbləği bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti, ting (şitil) təminatına dair sığorta məbləği həmin tingin (şitilin) bazar qiyməti, ağac (kol) təminatına dair sığorta məbləği isə gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır.
1.6.3. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsində ümumi sığorta məbləği və sığortalanan hər baş heyvan üçün sığorta məbləği göstərilir. Ümumi sığorta məbləği sığortalanan heyvanların sayı və bazar qiymətləri, sığortalanan hər baş heyvan üçün sığorta məbləği isə həmin heyvanın bazar qiyməti nəzərə alınaraq hesablanır.
1.6.4. Akvakultura məhsullarının sığortası üzrə sığorta məbləği sığortalı tərəfindən akvakultura müəssisələrinin illik akvakultura məhsullarının yetişdirilməsi planında göstərilən ən yüksək aylıq göstəricinin dəyər məbləğidir. Akvakultura müəssisələrinin illik akvakultura məhsullarının yetişdirilməsi planının forması sığorta məhsulunun şərtləri ilə müəyyən edilir.
1.6.5. Sığortalı kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanan məhsulun gözlənilən miqdarı və qiyməti iqlim, qulluq və bazar şəraiti nəzərə alınmaqla, Fond tərəfindən müəyyən olunan minimum və maksimum hədlər çərçivəsində seçilir.
1.6.6. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanan heyvanın bazar qiyməti, sığortalı tərəfindən sığorta müqaviləsinin bağlanılması üçün müraciət edildikdə iqlim, qulluq və bazar şəraiti nəzərə alınmaqla, Fond tərəfindən müəyyən olunan minimum və maksimum hədlər çərçivəsində seçilir və müstəqil ekspert tərəfindən riskin qiymətləndirilməsi nəticəsinə uyğun olaraq müəyyən edilir.
1.6.7. Sığorta müqaviləsinə dair şərtsiz azadolma məbləği qanunvericilikdə nəzərdə tutulan sığorta predmetlərinin hər biri üzrə aşağıdakı hədlərdə tətbiq olunur:
1. kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə:
- bitki xəstəliklərinin, zərərvericilərin və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri istisna olmaqla, digər risklərə münasibətdə sığorta məbləğinin 5 faizindən 30 faizinədək;
- bitki xəstəliklərinin, zərərvericilərin və xüsusi təhlükəli ziyanvericilərin yayılması risklərinə münasibətdə sığorta məbləğinin 30 faizindən 50 faizinədək;
2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsində hər baş heyvan üçün müəyyən edilmiş sığorta məbləğinin 5 faizindən 30 faizinədək;
3. akvakultura məhsullarının sığortası üzrə sığorta məbləğinin 5 faizindən 30 faizinədək.
1.6.8. Bu Qaydaların 1.6.7-ci yarımbəndinə uyğun olaraq, hər bir sığorta məhsulu üzrə şərtsiz azadolma məbləği sığorta məhsulunun şərtləri ilə müəyyən olunur. Şərtsiz azadolma məbləği müəyyən edilərkən bu Qaydaların 1.9.4-cü yarımbəndinin 2-ci abzası və 1.9.8-ci yarımbəndində nəzərdə tutulmuş sığorta haqqına güzəşt və əlavələr, habelə sığortalı tərəfindən bu Qaydaların 1.14.2-ci yarımbəndinin 11-12-ci və 14-cü abzaslarında göstərilmiş vəzifələrin yerinə yetirilməsi amilləri nəzərə alınır.
1.6.9. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
1.6.10. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş riskləri ilə bağlı 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
1.6.11. Akvakultura məhsullarının sığortası üzrə 14 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
1.6.12. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsi fasiləsiz olaraq davam etdikdə, yeni sığorta müqaviləsi bağlanılan zaman əvvəlki sığorta müqaviləsində müəyyən edilmiş predmetlərə münasibətdə bu Qaydaların 1.6.10-cu yarımbəndində göstərilən şərtsiz gözləmə müddəti tətbiq edilmir.
1.7. Qismən sığorta
1.7.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda qismən sığorta tətbiq edilir. Qismən sığorta barədə müddəa sığorta müqaviləsində müəyyən edilməlidir.
1.7.2. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortasında qismən sığorta tətbiq edilmir.
1.7.3. Qismən sığorta halında zərərin əvəzi sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödənilir.
1.8. Aqrar sığorta haqqı
1.8.1. Aqrar sığorta haqqı (bundan sonra - sığorta haqqı) risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının Fonda ödəməli olduğu pul məbləğidir.
1.8.2. Sığorta haqqı idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:
1. sığortalı tərəfindən ödənilməli olan hissə;
2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.
1.8.3. Sığorta müqaviləsində əlavə qayda nəzərdə tutulmayıbsa, sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsi birdəfəlik ödənilir.
1.8.4. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə qeyd edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.
1.8.5. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra, sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda isə onun tam ödənilməsindən sonra qüvvəyə minir.
1.8.6. Sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası qanunvericiliklətənzimlənir.
1.9. Sığorta haqqının hesablanması
1.9.1. Sığorta haqqı kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasında sığorta predmeti olan hər bir məhsul, ting (şitil) və ya ağac (kol) üzrə, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortasında sığorta predmeti olan hər bir heyvan üzrə, akvakultura məhsullarının sığortasında isə sığorta predmeti olan hər bir balıq növü üzrə təminat verilən risklərlə bağlı bu Qaydaların 1.9.13-cü yarımbəndinə uyğun olaraq müəyyən edilmiş sığorta tarifinin sığorta məbləğinə hasili əsasında hesablanır.
1.9.2. Sığorta haqqının miqdarı sığorta müqaviləsi ilə müəyyən edilir.
1.9.3. Sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilən hissəsi “Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 yanvar tarixli 8 nömrəli Qərarı ilə müəyyən edilir.
1.9.4. Aqrar sığorta sinfi üzrə bütün sığorta növlərində sığorta haqqına aşağıdakı güzəştlər tətbiq olunur:
1. sığortalının yaşı 29 və daha aşağı olduqda - “gənc fermer güzəşti”;
2. bu Qaydaların 1.9.6-cı və 1.9.7-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalı ilə Fond arasında həmin növlər üzrə əvvəlki illərdə bağlanılmış sığorta müqavilələri mövcud olduqda - “zərərsizlik güzəşti”.
1.9.5. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına bu Qaydaların 1.9.10-cu yarımbəndində müəyyən edilmiş həcmdə güzəşt tətbiq olunur.
1.9.6. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası və akvakultura məhsullarının sığortası üzrə sığorta haqqına güzəştlər sığorta müqavilələri bağlanılmış illər ərzində sığorta hadisəsi baş vermədikdə həmin illərin sayı nəzərə alınaraq müəyyən edilir.
1.9.7. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta haqqına güzəştlər sığorta müqavilələri bağlanılmış illərin sayı və son 4 təqvim ili ərzində ödənilmiş məcmu sığorta ödənişinin qazanılmış məcmu sığorta haqqına nisbəti nəzərə alınaraq müəyyən edilir.
1.9.8. Aqrar sığorta sinfi üzrə aqrar sığorta haqqına əlavələr aşağıdakı qaydada müəyyən edilir:
1. kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə aqrar sığorta predmeti ilə əlaqədar son 4 sığorta müqaviləsi bağlanılmış illər ərzində yalnız sığorta ödənişi verilən illərin sayı və məcmu sığorta ödənişinin məcmu sığorta haqqına nisbəti nəzərə alınmaqla;
2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqavilələri bağlanılmış illərin sayı və son 4 təqvim ili ərzində ödənilmiş məcmu sığorta ödənişinin qazanılmış məcmu sığorta haqqına nisbəti nəzərə alınmaqla.
1.9.9. Sığorta haqqına əlavələr və bu Qaydaların 1.9.4-cü yarımbəndinin 2-ci abzası ilə müəyyən edilmiş güzəştlər kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta predmetinin yerləşdiyi inzibati ərazi vahidi (rayon, şəhər, qəsəbə, kənd) və sığortalıya, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası və akvakultura məhsullarının sığortası üzrə isə sığortalıya münasibətdə tətbiq edilir.
1.9.10. Bu Qaydaların 1.9.4-cü yarımbəndinin 1-ci abzasında və 1.9.5-ci yarımbəndində nəzərdə tutulmuş güzəştlərin hər biri sığorta haqqının 5 faizi həcmində tətbiq olunur.
1.9.11. Bu Qaydaların 1.9.4-cü və 1.9.5-ci yarımbəndləri üzrə tətbiq olunan güzəştlərin cəmi sığorta haqqının 25 faizindən çox ola bilməz.
1.9.12. Bu Qaydaların 1.9.6-cı, 1.9.7-ci və 1.9.8-ci yarımbənd- lərində nəzərdə tutulan sığorta haqqına güzəşt və əlavələr bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilən əmsallara uyğun hesablanır.
1.9.13. Sığorta tarifləri və onların iqtisadi əsaslandırılması bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilir.
1.9.14. Sığorta haqları nağdsız qaydada Fondun bank hesabına ödənilir.
1.10. Sığorta müqaviləsinin bağlanılması
1.10.1. Sığorta müqaviləsi sığortalının müraciəti əsasında sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır.
1.10.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:
1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
2. sığortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını təsdiq etməsi şərti ilə idarəedici qurum tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
1.10.3. Sığorta müqaviləsi bu Qaydaların 1.10.2-ci yarımbəndinin 2-ci abzasında nəzərdə tutulmuş qaydada bağlanıldıqda sığorta şəhadətnaməsinin verilməsi sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edir. Sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
1.10.4. Sığorta müqaviləsi elektron sənəd formasında da bağlanıla bilər.
1.10.5. Sığorta müqaviləsi qeydə alınır.
1.10.6. Sığorta müqaviləsinin bağlanılma qaydası və müddətləri sığorta predmetlərinin hər biri üzrə bu Qaydaların 2.4-cü, 3.4-cü və 4.4-cü bəndlərində müəyyən edilir.
1.10.7. Sığorta müqaviləsi vasitəçi aqrar sığortaçının vasitəçiliyi ilə bağlanılır.
1.10.8. Sığorta təminatının müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.
1.10.9. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasında məhsul təminatına dair sığorta müqavilələri üzrə sığortalanmış məhsul tam şəkildə toplanıldıqda, sığorta təminatı sığorta müqaviləsinin qüvvədə olma müddətinin bitməsi tarixindən əvvəl başa çatır.
1.10.10. Vasitəçi aqrar sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə görə bağlanılmış müqavilələr üzrə hesablanmış sığorta haqqının 15 faizinədək məbləğində komisyon muzd alırlar.
1.10.11. Hər bir sığorta məhsuluna münasibətdə sığorta vasitəçiliyi fəaliyyətinə görə vasitəçi aqrar sığortaçılara ödənilən komisyon muzdun məbləği həmin aqrar sığorta müqaviləsinin şərtlərində göstərilir.
1.11. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
1.11.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə tərəflərin razılığı ilə sığorta müqaviləsinin şərtləri dəyişdirilə, həmçinin ona əlavələr edilə bilər.
1.11.2. İdarəedici qurum sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, idarəedici qurum Fondun adından sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış edə bilər.
1.11.3. Sığorta müqaviləsinə edilən əlavə və dəyişikliklər qeydiyyata alınır.
1.12. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam
verilməsinin əsasları
1.12.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
1. sığorta predmeti artıq mövcud olmadıqda;
2. bu Qaydaların 1.12.2-ci yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
4. sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi ilə bağlı sığortalı qarşısında öhdəliklər tam yerinə yetirildikdə;
5. sığortalı sığorta haqlarını müqavilə ilə müəyyən olunmuş qaydada ödəmədikdə;
6. sığorta marağı artıq mövcud olmadıqda;
7. tərəflər sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
1.12.2. Aşağıdakı hallarda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilmir:
1. sığorta müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək idarəedici qurumun razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
2. sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də idarəedici qurumun müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
3. sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi varisinə keçir.
1.12.3. Bu Qaydaların 1.12.1-ci yarımbəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, bu Qaydaların 1.12.4-cü yarımbəndi nəzərə alınmaqla, sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
1.12.4. Tərəflər sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə, bu barədə bir tərəf digərinə 30 gün əvvəl (sığorta müqaviləsi 5 ildən çox müddətə bağlanılmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanılmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı bildiriş göndərməlidir.
1.13. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam
verilməsinin nəticələri
1.13.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Fond həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla, həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi Fond və ya idarəedici qurumun sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Fond sığortalı tərəfindən ödənilmiş sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
1.13.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Fondun adından idarəedici qurum tərəfindən vaxtından əvvəl xitam verildikdə, Fond sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Fond müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda Fond sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
1.13.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Fond tərəfindən sığortalıya ödənilmiş ümumi sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
1.13.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş ümumi sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, sığortalı tərəfindən ödənilmiş sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 1.13.1-ci və 1.13.2-ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
1.13.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş hissəsi Fondun bank hesabında saxlanılır və yeni sığorta müqavilələri üzrə qanunvericiliyə uyğun qaydada istifadə edilir.
1.13.6. Bu Qaydaların 1.12.1-ci yarımbəndinin 1-6-cı abzaslarında nəzərdə tutulmuş hallardan biri baş verdikdə, həmin halın baş verdiyi andan sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir.
1.13.7. Bu Qaydaların 1.12.1-ci yarımbəndinin 7-ci abzasında müəyyən edilmiş hal baş verdikdə, bu Qaydaların 1.12.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətin sonuncu gününün başa çatması ilə sığorta müqaviləsi üzrə sığorta təminatı da başa çatmış hesab edilir.
1.13.8. Sığorta haqqının qaytarılan hissəsinin hesablanma qaydası sığorta məhsulunun şərtləri ilə müəyyən edilir.
1.14. Sığortalının hüquq və vəzifələri
1.14.1. Sığortalının aşağıdakı hüquqları vardır:
1. sığorta qaydaları ilə tanış olmaq;
2. sığorta hadisəsi baş verdikdə bu Qaydalara uyğun olaraq sığorta ödənişini tələb etmək;
3. Fondun sığorta ödənişinin tam və ya qismən verilməsindən imtina barədə qərarından şikayət vermək;
4. sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi təklifi ilə çıxış etmək;
5. sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
6. sığorta ödənişinin məbləği ilə razı olmadıqda, bu Qaydaların 1.19.6-cı yarımbəndi ilə müəyyən edilmiş qaydada yeni müstəqil ekspert təyin edilməsini tələb etmək;
7. aqrar sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
1.14.2. Sığortalının aşağıdakı vəzifələri vardır:
1. sığorta müqaviləsinin bağlanılması üçün müraciət etdikdə vasitəçi aqrar sığortaçı tərəfindən verilən sualları doğru və tam şəkildə cavablandırmaq;
2. sığorta riskləri barədə məlumat vermək;
3. idarəedici qurumu sığorta hadisəsi barədə bu Qaydaların 1.18.1-ci yarımbəndində nəzərdə tutulmuş müddət ərzində məlumatlandırmaq (bu vəzifə faydalanan şəxsin də vəzifəsi hesab edilir);
4. sığorta müqaviləsində müəyyən olunmuş müddətlərdə və məbləğdə sığorta haqqını ödəmək;
5. bu Qaydaların 2.5-ci, 3.5-ci və 4.5-ci bəndlərində müəyyən edilmiş qaydada zərərin minimuma endirilməsi üçün tədbirlər görmək;
6. bu Qaydalarla tələb olunan sənədləri təqdim etmək;
7. riskin qiymətləndirilməsi və sığorta hadisəsinin araşdırılması üçün sığorta predmetinə və onun yerləşdiyi əraziyə baxış keçirilməsinə şərait yaratmaq;
8. sığorta müqaviləsi bağlanılarkən özünə məlum olan, habelə tələb olunan və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə idarəedici quruma məlumat vermək;
9. sığorta müqaviləsi bağlanıldıqdan sonra meydana çıxan sığorta predmeti və riskləri ilə bağlı dəyişikliklər barədə idarəedici quruma məlumat vermək;
10. sığorta predmeti barədə qeydə alınmış məlumatlarda hər hansı dəyişiklik olduqda sığorta müqaviləsinin digər tərəfini məlumatlandırmaq;
11. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirmək;
12. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanmış predmetlərə dair zoobaytar tədbirləri vaxtında həyata keçirmək;
13. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanmış heyvanları təyinatı üzrə istifadə etmək;
14. bu Qaydaların 3.1.2-ci, 4.1.3-cü və 4.1.4-cü yarımbəndlərinin tələblərinə riayət etmək;
15. sanitariya-gigiyena tədbirlərini həyata keçirmək;
16. vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri risklərinin baş verməsinin qarşısını almaq məqsədilə sığortalanmış predmetin saxlanıldığı yerin nəzarətsiz saxlanılmamasını və mühafizəsini təmin etmək;
17.aqrar sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələr.
1.15. Fondun hüquq və vəzifələri
1.15.1. Fondun aşağıdakı hüquqları vardır:
1. sığorta müqaviləsinə əsasən sığortalı tərəfindən ödənilməli olan sığorta haqqını əldə etmək;
2. sığorta ödənişinin verilməsi ilə bağlı qərar qəbul etmək üçün idarəedici qurumdan sığorta hadisəsinə dair bu Qaydalarla nəzərdə tutulan sənədləri tələb etmək;
3. sığortalının sığortalanmaq üçün təqdim etdiyi məlumatların sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra düzgün olmadığı aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
4. sığorta əməliyyatları ilə bağlı səlahiyyətlərini idarəedici quruma ötürmək;
5. sığorta ödənişinin məbləği ilə bağlı əsaslı şübhələr yarandıqda yeni müstəqil ekspertin təyin edilməsini idarəedici qurumdan tələb etmək;
6. idarəedici qurum tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyət və ya çatışmazlıqlar olduqda, sığorta hadisəsinin araşdırılması üçün həmin sənədləri təqdim etmiş dövlət orqanlarına (qurumlarına) və ya onlara nəzarət edən dövlət orqanlarına (qurumlarına) sorğu göndərmək;
7. subroqasiya hüququndan istifadə etmək;
8. sığorta müqaviləsinin şərtlərinə sığortalı tərəfindən riayət olunmasının yoxlanmasını idarəedici qurumdan tələb etmək;
9. idarəedici qurumla arasında bağlanılan müqavilədə nəzərdə tutulmuş hallarda sığorta müqavilələrinin bağlanılmasına razılıq vermək;
10. sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, əlavə və dəyişikliklər edildikdə bunlarla bağlı sənədləri idarəedici qurumdan tələb etmək;
11.aqrar sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
1.15.2. Fondun vəzifələri aşağıdakılardır:
1. sığorta ödənişlərinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra 7 iş günü ərzində sığorta ödənişlərinin verilib-verilməməsi barədə qərar qəbul etmək;
2. sığorta ödənişlərinin sığortalılara birbaşa ödənilməsini təmin etmək;
3. qanunvericiliyin tələbləri nəzərə alınmaqla müstəqil ekspertlərə göstərdiyi xidmətlərə görə xidmət haqlarının ödənilməsini təmin etmək;
4. qanunvericiliyə əsasən sığorta sirri hesab olunan məlumatların qorunmasını təmin etmək;
5. aqrar sığorta məhsulunun şərtlərini müəyyən etmək;
6. aqrar sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələr.
1.16. İdarəedici qurumun hüquq və vəzifələri
1.16.1. İdarəedici qurumun aşağıdakı hüquqları vardır:
1. sığorta riskinin və sığorta hadisəsi nəticəsində yaranan zərərlərin qiymətləndirilməsi üçün bu Qaydalarla nəzərdə tutulan sənədləri sığortalıdan və bu Qaydaların 1.21.1-ci yarımbəndinin 3-6-cı və 11-ci abzaslarında müəyyən edilmiş dövlət orqanlarından (qurumlarından) tələb etmək;
2. Fondun adından subroqasiya tələbi ilə çıxış etmək;
3. sığortalı ilə Fondun adından qanuna uyğun qaydada sığorta müqaviləsi bağlamaq;
4. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
5. Fondun tələbi ilə sığortalı tərəfindən sığorta müqaviləsinin şərtlərinə riayət edilib-edilməməsini yoxlamaq;
6. sığorta haqqını hesablamaq və ödənilməsini tələb etmək;
7. sığortalanmış predmetlərə və həmin predmetlərin yerləşdiyi əraziyə baxış keçirmək üçün müstəqil ekspert təyin etmək;
8. aqrar sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
1.16.2. İdarəedici qurumun vəzifələri aşağıdakılardır:
1. sığortalıya sığorta şəhadətnaməsini vermək;
2. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə bu Qaydaların 1.21.1-ci yarımbəndinin 3-6-cı və 11-ci abzaslarında müəyyən olunmuş dövlət orqanlarına (qurumlarına) belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
3. sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədləri Fonda təqdim etmək;
4. sığorta müqaviləsi üzrə məlumatları qeydə almaq;
5. bu Qaydalarda və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan hallarda riskin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin etmək;
6. sığorta hadisəsi baş verdikdə hadisənin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə müstəqil ekspert təyin etmək;
7. qanunvericiliyə əsasən sığorta sirri hesab olunan məlumatların qorunmasını təmin etmək;
8. aqrar sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələr.
1.17. Müstəqil ekspertin hüquq və vəzifələri
1.17.1. Müstəqil ekspertin aşağıdakı hüquqları vardır:
1. göstərdiyi xidmətlərə görə xidmət haqqı tələb etmək;
2. riski və ya zərəri qiymətləndirmək, həmçinin zərəri azaltmaq və ya qarşısını almaq məqsədilə sığorta predmetinə və yerləşdiyi əraziyə baxış keçirmək.
1.17.2. Müstəqil ekspertin vəzifələri aşağıdakılardır:
1. bu Qaydalarda və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulduğu hallarda sığorta müqaviləsi bağlanılmamışdan əvvəl sığorta predmetinə baxış keçirərək sığorta riskini qiymətləndirmək;
2. sığorta hadisəsi baş verdikdə hadisənin araşdırılması və zərərin qiymətləndirilməsini təmin etmək;
3. sığorta riskinin qiymətləndirilməsi, hadisənin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə məlumatları toplamaq və təqdim etmək;
4. sığorta qanunvericiliyində nəzərdə tutulmuş halda yeni müstəqil ekspertin xidmət haqqını ödəmək;
5. qanunvericiliyə əsasən sığorta sirri hesab olunan məlumatların qorunmasını təmin etmək.
1.17.3. Müstəqil ekspertin digər hüquq və vəzifələri onunla idarəedici qurum arasında bağlanılan müqaviləyə əsasən müəyyən olunur.
1.17.4. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.
1.18. Sığorta hadisəsi barədə məlumatlandırma
1.18.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 10 gün, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir.
1.18.2. İdarəedici quruma və ya vasitəçi aqrar sığortaçıya sığorta hadisəsi barədə məlumat verildikdən sonra təqdim olunan sığorta tələbində aşağıdakı məlumatlar əks olunmalıdır:
1. sığorta müqaviləsinin tarixi və nömrəsi;
2. sığortanın növü;
3. sığortalının adı, soyadı və ünvanı;
4. sığortalının şəxsiyyət vəsiqəsinin nömrəsi və fərdi identifikasiya nömrəsi;
5. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi gün və saat;
6. sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və baş vermə səbəbi;
7. zərər dəymiş predmetin növü;
8. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yer;
9. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri.
1.18.3. Sığortalı idarəedici qurumun tələbi ilə sığorta hadisəsinin baş vermə səbəbləri və zərərin miqdarı barədə sübutları, məlumatları və sənədləri əldə edərək idarəedici quruma təqdim etməlidir.
1.19. Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi
1.19.1. Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi idarəedici qurum tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən həyata keçirilir.
1.19.2. İdarəedici qurum yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində yaranan zərərlərin qiymətləndirilməsini təmin edir.
1.19.3. Zərər barəsində məlumatlar idarəedici quruma daxil olduqdan dərhal sonra zərərin qiymətləndirilməsi üçün idarəedici qurum tərəfindən müstəqil ekspert təyin edilir.
1.19.4. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasında məhsul təminatına dair sığorta müqavilələri üzrə sığorta hadisəsi məhsulun inkişaf dövründə baş verərsə, onun tam məhv olduğu hallar istisna olmaqla, müstəqil ekspert qiymətləndirmə apararaq sığorta hadisəsi barədə rəyini təqdim edir və idarəedici qurum sığortalanmış məhsulun yığım dövründə zərərin dəqiq qiymətləndirilməsi üçün yenidən müstəqil ekspert təyin edir.
1.19.5. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta predmetinə 66 faiz və daha çox zərər dəydikdə tam zərər hesab olunur.
1.19.6. Sığortalı sığorta ödənişinin məbləği ilə razı olmadıqda, sığorta ödənişinin məbləği barədə ona rəsmi məlumat verildikdən sonra 3 iş günü müddətində yeni müstəqil ekspertin təyin edilməsi ilə bağlı idarəedici quruma müraciət edir.
1.19.7. İdarəedici qurum bu tələbin daxil olduğu tarixdən sonra 5 gün müddətində yeni müstəqil ekspert təyin edir.
1.19.8. İlkin və yeni müstəqil ekspert tərəfindən verilmiş rəylər biri-birindən fərqli olduqda məsələyə Fondun Apelyasiya Şurasında baxılır və müvafiq qərar qəbul edilir. Apelyasiya Şurasının qərarı yeni müstəqil ekspertin rəyini təsdiq edərsə, onun xidmət haqqı ilkin ekspertin vəsaiti hesabına, ilkin müstəqil ekspertin rəyini təsdiq etdikdə isə sığortalının vəsaiti hesabına ödənilir.
1.19.9. Sığorta müqaviləsi üzrə sığortalı və ya faydalanan şəxs aşağıdakı hallar istisna olmaqla zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə idarəedici quruma və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanılması mümkün olmadıqda;
2. idarəedici qurum sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində müstəqil ekspert tərəfindən zərər dəymiş əmlaka baxış keçirilməsini təmin etmədikdə;
3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanılmamasına Fondun razılığı olduqda.
1.19.10. Bu Qaydalara əsasən Fondun Apelyasiya Şurasına edilmiş aşağıdakı müraciətlər əsassız hesab olunur və onlara baxılmır:
1. sığortalı və ya faydalanan şəxsin riskin və ya zərərin qiymətləndirilməsi proseslərində müvafiq olaraq sığortalanması nəzərdə tutulan və ya sığortalanmış predmetin yerləşdiyi ərazini göstərməməsi;
2. sığorta müqaviləsində qeyd olunan sığorta predmetinin sığorta hadisəsi baş verdikdə qiymətləndirilən predmetdən fərqli olması;
3. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta müqaviləsində göstərilən ərazidəki məhsulun zərərin qiymətləndirilməsindən əvvəl yığılması;
4. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanan heyvanın və akvakultura məhsullarının sığortası üzrə sığortalanan akvakultura məhsulunun zərərin qiymətləndirilməsindən əvvəl məhv edilməsi.
1.19.11. Vasitəçi aqrar sığortaçı sığorta hadisəsi barədə aldığı məlumatları 24 saat ərzində idarəedici quruma bildirmədikdə Fondun dəymiş zərəri idarəedici qurum vasitəsilə həmin vasitəçi aqrar sığortaçıdan tələb etmək hüququ yaranır.
1.20. Sığorta ödənişinin hesablanması
1.20.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Fond tərəfindən ödənilən maliyyə kompensasiyası olmaqla, sığorta qanunvericiliyində nəzərdə tutulan sığorta predmetlərinin hər biri üzrə aşağıdakı qaydada hesablanır:
1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə:
- məhsul təminatına dair sığorta müqaviləsində məhsuldarlıq miqdarı faktiki məhsuldarlıq miqdarından az göstərildikdə, sığorta hadisəsi nəticəsində müstəqil ekspert tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər faizi sığorta müqaviləsində göstərilən məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə;
- bu Qaydaların 1.20.1-ci yarımbəndinin 1-ci abzasının birinci cümləsində göstərilmiş hal istisna olmaqla, digər hallarda sığorta hadisəsi nəticəsində müstəqil ekspertlər tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər faizi müstəqil ekspert tərəfindən müəyyən olunan faktiki məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə;
- ting (şitil) və ya ağac (kol) təminatına dair sığorta müqaviləsi üzrə bu Qaydaların 1.6.2-ci yarımbəndində müəyyən edilmiş sığorta məbləği əsas götürülməklə.
2. kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə heyvanın bazar qiyməti əsas götürülməklə;
3. akvakultura məhsullarının sığortası üzrə sığorta hadisəsi baş verməmişdən əvvəl müqavilə əsasında Fonda akvakultura məhsulu barədə təqdim edilmiş əvvəlki ayın aylıq göstəricisində qeyd olunan məlumatlar, həmin məlumatlar təqdim edilmədikdə isə sığorta müqaviləsi üzrə təqdim olunan illik akvakultura məhsullarının yetişdirilməsi planında hadisənin baş verdiyi aya uyğun qeyd olunan akvakultura məhsulunun sığorta məbləği əsas götürülməklə.
1.20.2. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə məhsul təminatına dair sığorta müqavilələrində məhsulun tam məhv olması halları istisna olmaqla sığorta ödənişi yığım dövründən əvvəl ödənilmir.
1.20.3. Sığortalı sığorta hadisəsinin baş verməsi zamanı öz öhdəliklərini yerinə yetirmədiyindən zərərin miqdarı artarsa, yekun zərərin miqdarından artan hissə həmin həcmdə azalır.
1.20.4. Zərərin məbləği azadolma məbləğindən aşağı olduqda sığorta ödənişi verilmir.
1.20.5. Sığorta ödənişi azadolma və zərərin minimuma endirilməsi üçün çəkilən xərclər nəzərə alınmaqla hesablanır.
1.20.6. Sığorta ödənişinin ödənilməsi zamanı Fond sığorta ödənişi məbləğindən sığortalının sığorta müqaviləsi üzrə ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
1.20.7. Sığorta ödənişi sığorta məbləğindən və dəymiş real zərərin miqdarından çox ola bilməz.
1.20.8. Bu Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
1.20.9. Fond sığorta ödənişinin tam və ya qismən verilməsi barədə qərar qəbul etdikdə sığorta ödənişini birbaşa sığortalının bank hesabına köçürür.
1.20.10. Fond sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsasları aydın göstərməlidir.
1.20.11.Sığorta ödənişinin dövlət büdcəsi vəsaiti hesabına ödənilən hissəsi sığorta hadisəsi baş verdikdən sonra sığortanı həyata keçirən orqanının müraciətinə əsasən aqrar sığorta fondutərəfindən təmin edilir.
1.21. Sığorta ödənişinin verilməsinin əsasları
1.21.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi;
2. sığorta hadisəsinin araşdırılması vəzərərinqiymətləndirilməsiüzrə müstəqil ekspertin rəyi;
3. yanğın riskinə münasibətdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi risklərinə münasibətdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
7. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə birillik əkmələrə münasibətdə toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı;
8. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanmış heyvan kəsimi məntəqəsində məcburi kəsildikdə bu barədə akt və heyvanın çəkisinə dair sənəd;
9. bu Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında və 4.1.4-cü yarımbəndinin 8-ci abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq edən sənəd;
10. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları” və “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın tələblərinə riayət edilməsini təsdiq edən sənədlər;
11. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
12. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edildiyi hallarda laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələri;
13. bu Qaydaların 4.2.1-ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulmuş sığorta riskinə münasibətdə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun, onun saxlandığı suyun və ona verilən yemlərin, bu Qaydaların 4.2.1-ci yarımbəndinin 3-cü abzasında nəzərdə tutulmuş sığorta riskinə münasibətdə isə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun laboratoriya analizlərinin nəticələri.
1.21.2. Bu Qaydaların 1.21.1-ci yarımbəndinin 1-ci, 7-10-cu, 12-ci və 13-cü abzaslarında müəyyən edilmiş sənədlər sığortalı, 2-ci abzasında müəyyən edilmiş sənədlər isə müstəqil ekspert tərəfindən idarəedici quruma təqdim edilir. Digər sənədlərin toplanılması idarəedici qurum tərəfindən təmin edilir.
1.22. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər:
1. baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə;
2. bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda;
3. hadisənin baş verməsi hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olduqda;
4. sığortalı sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə (bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı);
5. zərər dəymiş əmlakın idarəedici quruma təqdim edilməsi ilə bağlı bu Qaydaların 1.19.9-cu yarımbəndinə riayət edilməməsi idarəedici qurumu zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə;
6. sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının idarəedici quruma qəsdən yanlış məlumat verməsi idarəedici qurumu sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə;
7. sığortalı və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda (zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir);
8. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
9. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
10. müqavilə bağlanılarkən və ya bağlanıldıqdan sonra sığorta riskinin artmasına və sığorta hadisəsinin baş verməsinə səbəb ola biləcək halların sığortalı tərəfindən qəsdən yanlış məlumatın verilməsi faktı aşkarlandıqda;
11. bu Qaydaların 2.1.3-cü, 3.1.2-ci, 4.1.3-cü və 4.1.4-cü yarımbəndlərinin tələblərinə riayət edilmədikdə.
1.22.2. Bu Qaydaların 1.22.1-ci yarımbəndinin 10-cu abzasında nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanılarkən idarəedici quruma məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanılmış olduğu halda Fond sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
1.22.3. Fond sığorta ödənişindən imtina etdikdə, bunu qanunvericiliyə uyğun əsaslandırmalıdır.
1.23. Subroqasiya hüququ
1.23.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrindən həmin ödənişi vermiş Fondun istifadə etmək hüququdur.
1.23.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərinin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş Fonda subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
1.23.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə Fondu təmin etməlidir.
1.23.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Fonda verməkdən imtina etdikdə, Fond sığorta ödənişi verməkdən zərər- vuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
1.23.5. Fond subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
1.23.6. Fond subroqasiya hüququnu aralarında bağlanılmış müqaviləyə əsasən idarəedici quruma ötürə bilər.
1.24. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
1.24.1. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər aqrar sığorta qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1.25. Mübahisələrin həlli qaydası
1.25.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır.
1.25.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.
1.25.3. Sığorta müqaviləsi üzrə hüquqlarının idarəedici qurum və ya vasitəçi aqrar sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı və ya faydalanan şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə və Fonda şikayət ərizəsi ilə müraciət edə bilər.
2. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının
sığortasına dair ümumi şərtlər
2.1. Sığortanın predmeti
2.1.1. Bu Qaydalara əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, çəltik, limon, badam,şəkər çuğunduru,tütün vəüzüm sığortanın predmeti hesab olunur.
2.1.2. Sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının aşağıdakı hissələrinə sığorta təminatı verilir:
1. buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı - dən (bu Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda gövdə);
2. kartof - yumru;
3. tütün - yarpaq;
4. üzüm, limon, badamməhsul təminatına dair müqavilələrdə meyvə, ting və ya ağac təminatına dair müqavilələrdə müvafiq olaraq ting və ya ağac;
5. yemlik qarğıdalı (silos) - bütün yaşıl hissə.
2.1.3. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan olunan, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki kənd təsərrüfatı məhsulları sığortanın predmeti ola bilməz.
2.2. Təminat verilən risklər
2.2.1. Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində kənd təsərrüfatı bitkilərinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir:
1. dolu;
2. yanğın;
3. zəlzələ;
4. torpaq sürüşməsi;
5. qasırğa;
6. fırtına;
7. bitki xəstəlikləri və zərərvericiləri;
8. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
9. üçüncü şəxslərin hərəkətləri.
2.2.2. Sığortalının seçimi əsasında əlavə sığorta haqqı ödəməklə, limon və üzüm bitkilərinin məhsul təminatına dair sığorta müqavilələrində onların məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
2.2.3. Sığortalının seçimi əsasında əlavə sığorta haqqı ödəməklə, bu Qaydaların 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40 faizindən çox ola bilməz.
2.2.4. Bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir:
1. dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər;
2. yanğın riski təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn duman, buxar və istiliyin təsiri ilə yaranan zərərlər;
3. zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər;
4. torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və digər oxşar hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət olan kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər;
5. qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki çox şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər;
6. fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən azı biri ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən çox olan küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər;
7. dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində üzüm və limon bitkilərinin məhsullarında yaranan keyfiyyət itkisi;
8. bitki xəstəlik və zərərvericiləri – muxtar respublikada aşkar edilməyən məhdud dairədə yayılmış və muxtar respublika üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısında göstərilənlər istisna olmaqla, digər bitki xəstəliklərinin və zərərvericilərinin yayılması nəticəsində yaranan zərərlər;
9. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu - Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən hallar istisna olmaqla digər xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu nəticəsində yaranan zərərlər;
10. üçüncü şəxslərin hərəkətləri - sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər.
2.2.5. Bu Qaydaların 2.2.4-cü yarımbəndinin 10-cu abzasında “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.
2.2.6. Zərərin bu Qaydaların 2.2.4-cü yarımbəndində göstərilmiş risklərdən hər hansının baş verməsi nəticəsində yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının (qurumlarının) rəyləri əsas götürülür.
2.3. Sığorta risklərindən istisnalar
2.3.1. Aşağıdakı hallar nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir:
1. biçimi və ya yığımı aparılan məhsulların bağ, bağça və tarlalarda saxlanılması;
2. səbəbindən asılı olmayaraq qeydə alınmış biçin və ya yığım tarixindən gec biçinin və yığımın həyata keçirilməsi;
3. dolu istisna olmaqla digər yağıntılar;
4. təminat altına alınan risklərin baş verib-verməməsindən asılı olmayaraq məhsulla bağlı aqrotexniki tədbirlərin tam və ya düzgün həyata keçirilməməsi;
5. quraqlıq;
6. sığorta tələbi sığortalının cərimə, dəbbə pulu, penya ödəməsi üzrə əmlak mənafeləri, mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
7. hadisə tətil, lokaut, qiyam, daxili münaqişə və bunların səbəb olduğu hərbi və inzibati tədbirlər ilə bağlı olduqda;
8. hadisə nüvə partlayışı, radiasiya, bioloji, kimyəvi və ya radioaktiv çirklənmə, habelə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər ilə bağlı olduqda;
9. sığorta tələbi təminat verilən riskin baş verməsi nəticəsində yaranan dolayı zərərlə bağlı olduqda;
10. sığorta tələbi sığorta müqaviləsində göstərilən sığorta predmetinə təminat verilmiş ərazinin xaricində müəyyən edilən zərərlə bağlı olduqda;
11. sığorta müqaviləsində göstərilən və təminat verilən kənd təsərrüfatı məhsulu, həmin məhsulun növü ilə ərazidə aşkar olunan məhsul və növün fərqli olması faktı;
12. bu Qaydaların 2.2.2-ci yarımbəndi istisna olmaqla, təminat verilən risklər nəticəsində məhsulda yaranan keyfiyyət itkisi.
2.4. Sığorta müqaviləsinin bağlanılma qaydası
və bağlanılma müddətləri
2.4.1. Sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərini və bitkiçilik məhsullarını sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə qeydiyyatdan keçirlər.
2.4.2. Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu qeydiyyata alınan məlumatlarla müqayisə edilərək yoxlanıldıqdan sonra onun müraciəti qəbul edilir.
2.4.3. Şəxsin təqdim etdiyi məlumatlarla qeydiyyata alınan məlumatlar fərqli olduğu halda sığorta müqaviləsi yalnız qeydiyyatda olan məlumatların yenilənməsindən sonra bağlanıla bilər.
2.4.4. Şəxsin təqdim etdiyi məlumatlarla qeyd olunan məlumatlar eyni olduqda onunla idarəedici qurum Fondun adından sığorta müqaviləsi bağlayır.
2.4.5. Sığorta müqaviləsi bağlamaq istəyən şəxs məhsul təminatına dair sığorta müqaviləsinin bağlanılması ilə bağlı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtləri ilə müəyyən edilmiş tarixlər ərzində müraciət edir. Sığorta müqaviləsi bağlamaq istəyən şəxs ting (şitil) və ya ağac (kol) təminatına dair sığorta müqaviləsinin bağlanılması ilə bağlı istənilən vaxt müraciət edə bilər.
2.4.6. Məhsul təminatına dair sığorta müqavilələrində sığorta müqaviləsinin bağlanılmasına dair müraciət hər bir bitki növü üzrə bu Qaydaların 2.4.7-ci yarımbəndində müəyyən edilmiş sığorta təminatının başlanmasından əvvəlki 15 günə qədər qəbul edilir.
2.4.7. Məhsul təminatına dair sığorta müqavilələrində dolu, fırtına, qasırğa risklərinə münasibətdə sığorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir:
1. buğda, arpa, qarğıdalı, çəltik, kartof,şəkər çuğunduru və tütün bitkilərində bitkinin cücərməsindən;
2. üzüm bitkisində tumurcuqların oyanmasından;
3. limon bitkisinin ilk çiçəklənmə dövrünün başlanmasından (ilk çiçəklənmə dövrü - bir ağacda çiçəklərin 5 faizinin açdığı dövrdür);
2.4.8. Bu Qaydaların 2.4.7-ci yarımbəndinin 1-2-ciabzaslarında qeyd olunan fenoloji dövrlər ümumilikdə əkilmiş bitkilərin 90 faizinin (hər bir bitkinin isə ən azı 20 faizində) olduqda baş vermiş hesab olunur.
2.4.9. Məhsul təminatına dair sığorta müqavilələrində zəlzələ, torpaq sürüşməsi, yanğın, bitki xəstəliklərinin və zərərvericilərin, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, habelə üçüncü şəxslərin hərəkətləri risklərinə münasibətdə, ting (şitil) və ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta təminatı bu Qaydaların 1.6.9-cu yarımbəndinin tələbləri nəzərə alınmaqla, sığorta müqaviləsi qüvvəyə mindiyi vaxtdan başlayır.
2.4.10. Eyni ərazidə yetişdirilən və ayrı-ayrı qeydiyyata alınmış predmetin hər bir növü üçün ayrılıqda sığorta müqaviləsi bağlanılır.
2.4.11. Qeydiyyata alınmayan predmetlər üzrə sığorta müqaviləsi bağlanılmır.
2.4.12. Aşağıdakı hallarda sığorta müqaviləsinin bağlanılıb- bağlanılmaması barədə qərar qəbul etmək üçün riskin qiymətləndirilməsi məqsədilə idarəedici qurum tərəfindən müstəqil ekspert təyin edilir:
1. təminat altına alınan risklərin tez-tez və ya yaxın tarixdə baş verdiyinin məlum olduğu ərazilər üçün sığorta müqaviləsinin bağlanılması ilə bağlı müraciət olduqda;
2. sığortalının əvvəlki illərdə sığorta ödənişinin alınması ilə bağlı qanunazidd hərəkətlər etdiyi məlum olduqda;
3. sığortalının bəyan edilmiş məhsuldarlığın miqdarını dəyişdirmə tələbi olduqda;
4. sığortalanmaq üçün edilmiş müraciətin aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulmuş son müraciətin edilməsi tarixindən sonrakı 30 gün ərzində daxil olması müəyyən edildikdə;
5. riskin qiymətləndirilməsi məqsədilə müstəqil ekspertin təyin edilməsi barədə tələb aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulduqda.
2.4.13. Sığorta müqaviləsinin bağlanılması üçün müstəqil ekspertin rəyinə əsasən sığortalı bu Qaydaların 1.21.1-ci yarımbəndinin 7-ci abzasında nəzərdə tutulmuş sənədi idarəedici quruma təqdim edir.
2.5.Sığorta hadisəsi nəticəsində yaranan zərərlərin
minimuma endirilməsi
2.5.1. Sığorta hadisəsi baş verdikdə sığortalı zərərin qarşısını almaq və ya zərəri azaltmaq məqsədilə aşağıdakıları etməlidir:
1. sığorta hadisəsinin baş verməsindən zərərin qiymətləndirilməsinə qədər olan dövr ərzində sığortalı məhsulun inkişafı üçün bütün tədbirləri həyata keçirməli və bu məqsədlə idarəedici qurum tərəfindən verilən tövsiyə və təlimatlara riayət etməlidir;
2. sığorta ödənişinin miqdarının müəyyən edilməsi üçün idarəedici quruma və müstəqil ekspertə sığortalanmış predmetə, onun yerləşdiyi əraziyə baxış keçirməyə və onunla əlaqədar olan sənədlərlə tanış olmağa şərait yaratmalıdır;
3. zərərin qiymətləndirilməsi dövrünə qədər sığortalı bu Qaydaların 1.19.9-cu yarımbəndində göstərilənlər istisna olmaqla, zərər dəymiş predmet üzərində zərərin qiymətləndirilməsini çətinləşdirəcək və ya zərərin miqdarını artıracaq dəyişikliklər etməməlidir.
2.5.2. Biçin və ya yığım dövründə sığorta hadisəsi baş verdikdə sığortalı idarəedici qurumun icazəsi ilə, zərər dəymiş ərazinin idarəedici qurum tərəfindən müəyyən edilən hissəsində zərəri düzgün qiymətləndirməyə imkan verəcək şəkildə və miqdarda biçinə və ya yığıma davam edə bilər.
2.5.3. Sığorta hadisəsi nəticəsində zərər dəymiş məhsulların qalıq dəyəri sığorta ödənişindən çıxılır.
2.6. Məhsulun yenidən əkilməsi prosesi
2.6.1. Sığorta müqaviləsində nəzərdə tutularsa, sığortalanmış məhsula zərər dəydikdə və müstəqil ekspertin rəyinə əsasən həmin məhsulun yenidən əkilməsi mümkün olduğu halda, sığortalının zərər tarixinə qədər əkilməyə çəkmiş olduğu xərclər ona ödənilir.
2.6.2. Bu Qaydaların 2.6.1-ci yarımbəndində qeyd olunmuş xərclər üzrə ödənilən vəsaitlərin maksimum məbləği ərazinin zərər görən hissəsinə uyğun sığorta məbləğinin 30 faizinə qədər ola bilər.
2.6.3. Müstəqil ekspert tərəfindən verilmiş rəydə eyni məhsulun yenidən əkilməsi məqbul hesab edildikdə, sığorta müqaviləsi eyni şərtlərlə davam edir. Bu zaman ödənilən əkilmə xərclərinin məbləği sığorta məbləğindən çıxılır.
2.6.4. Müstəqil ekspert tərəfindən verilmiş rəydə eyni məhsulun əkilməsi məqbul hesab edilmədikdə mövcud müqaviləyə xitam verilir və sığortalıya dəymiş zərərə görə müvafiq sığorta ödənişi edilir. Sığortalı tərəfindən həmin ərazidə fərqli məhsul əkildikdə onun istəyi ilə yeni məhsul üçün ayrı bir müqavilə bağlanıla bilər.
2.6.5. Aşağıdakı hallardan biri olduqda məhsulun yenidən əkilməsi xərcləri ödənilmir:
1. istehsal ili dövründə daha əvvəl məhsulun yenidən əkilməsi xərcləri ödənildikdə;
2. yenidən əkilmə şəraitinin əlverişli olmadığı aşkarlandıqda;
3. təminat verilmiş risklər nəticəsində sığortalanmış predmetə zərər dəysə də, müstəqil ekspertin rəyinə əsasən sığortalının əldə edəcəyi məhsulun məbləği sığorta müqaviləsində göstərilən sığorta məbləğindən çox olduqda.
3. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə
yetişdirilən heyvanların sığortasına dair xüsusi şərtlər
3.1. Sığortanın predmeti
3.1.1. Bu Qaydalara əsasən 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar sığortanın predmeti hesab olunur.
3.1.2. Yalnız aşağıdakı tələblərə riayət olunmaqla saxlanılan heyvanlar sığortanın predmeti hesab olunur:
1. heyvan qapalı yerdə saxlanıldıqda və saxlanıldığı yer “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olduqda;
2. “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”na uyğun heyvana qulluq göstərilməsi və onların yemlənməsi təmin edildikdə;
3. “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası” və “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları” ilə müəyyən edilmiş peyvəndləmələr aparıldıqda;
4. Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən heyvanlara münasibətdə “Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müddəti” ilə müəyyən edilmiş qaydada saxlanılması təmin edildikdə;
5. heyvan müvafiq qaydada qeydiyyata alınaraq birkalanmış olduqda;
6. heyvan barədə məlumatlar qeyd edildikdə.
3.1.3. Bu Qaydaların 3.1.2-ci yarımbəndində qeyd olunan tələblərə riayət olunub-olunmaması idarəedici qurumun təyin etdiyi müstəqil ekspertlər tərəfindən müəyyən edilir.
3.2. Təminat verilən risklər
3.2.1. Bu Qaydalara əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü təminat altına alınır:
1. “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”na və “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla digər yoluxucu xəstəliklər;
2. ilan və ya həşərat sancması;
3. zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
4. təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
5. yanğın;
6. vəhşi heyvanların hücumu;
7. üçüncü şəxslərin hərəkətləri.
3.2.2. Üçüncü şəxslərin hərəkətlərinə daxil olan oğurluq, soyğunçuluq və quldurluq riskləri üzrə heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerə aşağıda qeyd olunan yollardan biri ilə daxil olaraq əldə edilməsi nəticəsində dəymiş zərərlərə təminat verilir:
1. qırmaq, deşmək, yıxmaq, aşırmaq və ya zor tətbiq etməklə;
2. müxtəlif alət və vasitələrdən istifadə edərək dırmanmaq və ya aşmaqla;
3. itən, oğurlanan və ya qanunsuz yolla əldə edilən açar, onun surəti və ya digər alətlərdən istifadə etməklə;
4. heyvan saxlanılan yerə əvvəlcədən gizli daxil olmaqla.
3.3. Sığorta risklərindən istisnalar
3.3.1. Aşağıdakı hallar nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir:
1. “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na və “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxucu olmayan heyvan xəstəlikləri;
2. sığortalanmış heyvanın itməsi və ya dəyişdirilməsi;
3. təminat verilən risklər istisna olmaqla, digər hallarda süd məhsuldarlığının azalması səbəbi ilə məcburi kəsimlər;
4. heyvanların idarəedici quruma məlumat verilmədən daşınması zamanı təminat verilən sığorta riskləri nəticəsində sığortalanmış predmetə zərər dəyməsi;
5. heyvanların daşınması zamanı və ya daşınmadan sonrakı günlərdə yol stressi;
6. heyvanlarda yoluxucu xəstəlik aşkarlandıqda idarəedici quruma bu barədə məlumatın verilməməsi, məlumat verildikdə isə idarəedici qurumun təyin etdiyi müstəqil ekspertlərin rəy və tövsiyələrinə riayət edilmədən heyvana müdaxilənin edilməsi;
7. ölmüş heyvanın üzərində ona məxsus birka olmadıqda;
8. heyvanların növü, yaşı və cinsi nəzərə alınaraq bu Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında göstərilən peyvəndlərin vurulmaması, habelə karantin tədbirlərinə riayət edilməməsi hallarından yaranan xəstəliklər nəticəsində ölüm və ya məcburi kəsimlər;
9. qulluq və qidalanma şəraitinin düzgün olmaması nəticəsində əmələ gələn zərərlər;
10. sığorta tələbi sığortalının cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri, mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
11. hadisə tətil, lokaut, qiyam, daxili münaqişə və bunların səbəb olduğu hərbi və inzibati tədbirlər ilə bağlı olduqda;
12. hadisə nüvə partlayışı, radiasiya, bioloji, kimyəvi və ya radioaktiv çirklənmə, habelə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər ilə bağlı olduqda;
13. sığorta tələbi təminat verilən riskin baş verməsi nəticəsində yaranan dolayı zərərlə bağlı olduqda;
14. sığorta tələbi sığorta müqaviləsində göstərilən sığorta predmetinə təminat verilmiş ərazinin xaricində müəyyən edilən zərərlə bağlı olduqda;
15. sığorta tələbi bu Qaydaların 3.2.2-ci yarımbəndində göstərilən hallar istisna olmaqla sığortalanmış əmlakın oğurlanması, quldurluq və ya soyğunçuluq yolu ilə əldə edilməsi ilə bağlı olduqda;
16. baytarlıq mütəxəssisləri tərəfindən tövsiyə edilmiş daxili və xarici parazitlərlə mübarizə tədbirlərinin görülməməsi nəticəsində yaranan xəstəliklər səbəbi ilə heyvanın ölümü və ya məcburi kəsimi;
17.heyvanın saxlanıldığı yerdə heç kəsin olmadığı zaman həmin yerin qapılarının açarla və ya qıfılla bağlı olmaması, pəncərələrinin və ya tavanının açıq qalması, açarın nəzarətsiz buraxılması nəticəsində oğurlanması.
3.4. Sığorta müqaviləsinin bağlanılma qaydası və
bağlanılma müddətləri
3.4.1. Sığorta predmeti hesab olunan kənd təsərrüfatı heyvanlarını və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanları sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçı vasitəsilə qeydiyyatdan keçirlər.
3.4.2. Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu qeydə alınan məlumatlarla müqayisə edilərək yoxlandıqdan sonra onun müraciəti qəbul edilir.
3.4.3. Şəxsin təqdim etdiyi məlumatlarla qeydə alınan məlumatlar fərqli olduğu halda, sığorta müqaviləsi yalnız qeydiyyata alınan məlumatların yenilənməsindən sonra bağlanıla bilər.
3.4.4. Şəxsin təqdim etdiyi məlumatlarla qeydə alınan məlumatlar eyni olduqda, bu Qaydaların 3.4.5-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla idarəedici qurum tərəfindən riskin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi barədə qərar qəbul edilir.
3.4.5. İdarəedici qurum aşağıdakı hallarda riskin müstəqil ekspert tərəfindən qiymətləndirilib-qiymətləndirilməməsi barədə qərar qəbul edir:
1. sığortalının əvvəlki illərdə sığorta ödənişlərinin alınması ilə bağlı qanunazidd hərəkətlər etdiyi müəyyən edildikdə;
2. sığortalının əvvəlki ildə bağladığı sığorta müqaviləsi üzrə zərərlilik dərəcəsi 100 faizdən çox olduqda.
3.4.6. İdarəedici qurum riskin qiymətləndirilməsi barədə qərar qəbul etdikdə müstəqil ekspert təyin edilir və müstəqil ekspertin rəyinə əsasən idarəedici qurum sığorta predmeti üzrə sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
3.4.7. İdarəedici qurum tərəfindən sığorta predmeti üzrə təminat verilməsi barədə qərar qəbul edildikdə, sığortalı ilə Fondun adından sığorta müqaviləsi bağlanılır.
3.4.8. İdarəedici qurum tərəfindən riskin qiymətləndirilməsindən və müqavilənin bağlanılmasından imtina barədə qəbul edilmiş qərarlar əsaslandırılmalıdır.
3.4.9. Qeydiyyata alınmayan və birkalanmayan heyvanlar üzrə sığorta müqaviləsi bağlanılmır.
3.4.10. Sığorta müqaviləsi bağlamaq istəyən şəxs kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsinin bağlanılması üçün istənilən vaxt müraciət edə bilər.
3.4.11. Sığorta müqaviləsinin bağlanılması üçün müstəqil ekspertin rəyinə əsasən sığortalı bu Qaydaların 1.21.1-ci yarımbəndinin 9-cu və 10-cu abzaslarında nəzərdə tutulmuş sənədləri idarəedici quruma təqdim edir.
3.5. Sığorta hadisəsi nəticəsində yaranan zərərlərin
minimuma endirilməsi
3.5.1. Sığorta hadisəsi baş verdikdə sığortalı zərərin qarşısını almaq və ya zərəri azaltmaq məqsədilə aşağıdakılara riayət etməlidir:
1. sığortalanmış heyvanın xəstələnməsi və ya zədələnməsi zamanı baytar həkim vasitəsilə müalicə tədbirlərinin həyata keçirilməsi;
2. sığorta hadisəsinin araşdırılması və zərərin müəyyənləşdirilməsi üçün idarəedici quruma və müstəqil ekspertlərə sığortalanmış heyvana, heyvanın saxlanıldığı əraziyə baxış keçirməyə və onunla əlaqədar olan sənədlərlə tanış olmağa şəraitin yaradılması;
3. sığorta hadisəsinin başvermə səbəblərini əsaslı şəkildə müəyyən etməyə və sübutların müəyyənləşməsinə kömək edəcək məlumat və sənədlərin idarəedici quruma və ya müstəqil ekspertə təqdim edilməsi.
3.5.2. Hər hansı bir yoluxucu xəstəlik aşkar edildikdə sığortalı aşağıdakı tədbirləri həyata keçirməlidir:
1. xəstə heyvanları sağlam heyvanlardan ayıraraq onları fərqli yerlərdə saxlamalı;
2. bu hal barəsində dərhal idarəedici qurumu və ya vasitəçi aqrar sığortaçını məlumatlandırmalı;
3. baytarlıq-sanitariya tələblərinə riayət etməli və qoruyucu sanitariya-gigiyena tədbirlərini həyata keçirməli;
4. idarəedici qurum və (və ya) müstəqil ekspert tərəfindən heyvanlara baxış keçirildikdən sonra verilmiş tövsiyələrə əməl etməli.
3.6. Qalıq dəyəri
3.6.1. Sığorta hadisəsi nəticəsində zərər dəymiş heyvanın dərisinin yararlı olması halında həmin dərinin soyulub-soyulmama- sından asılı olmayaraq, hər bir heyvana görə müəyyən edilən sığorta məbləğinin ən azı 0,5 faizi həcmində qalıq dəyəri hesablanır və sığorta ödənişinin məbləğindən çıxılır.
3.6.2. Sığorta hadisəsi nəticəsində zərər dəymiş heyvanın ətinin yararlı olması halında hər bir heyvana görə müəyyən edilən sığorta məbləğinin ən azı 30 faizi həcmində qalıq dəyəri hesablanır və sığorta ödənişinin məbləğindən çıxılır.
3.6.3. Təminat verilən sığorta riskləri nəticəsində dəymiş zərərin minumuma endirilməsi məqsədilə müstəqil ekspert tərəfindən verilmiş rəyə əsasən zərər dəymiş heyvan məcburi kəsimə sövq edilir.
3.6.4. Təminat verilən sığorta riskləri nəticəsində zərər dəymiş kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar müstəqil ekspertin rəyinə əsasən məcburi kəsimə sövq edildikdə bu hal sığorta hadisəsi hesab olunur və bu Qaydaların 3.6.1-ci və 3.6.2-ci yarımbəndləri nəzərə alınmaqla sığorta ödənişi həyata keçirilir.
4. Akvakultura məhsullarının sığortasına dair xüsusi şərtlər
4.1. Sığortanın predmeti
4.1.1. Bu Qaydalara əsasən akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar sığortanın predmeti hesab olunur.
4.1.2. Hər bir balıq növü üzrə təminatın başlanma dövrləri Fond tərəfindən müəyyən edilir.
4.1.3. Yalnız aşağıdakı xüsusiyyətlərə malik olan müəssisələrdə yetişdirilən akvakultura məhsulu sığortanın predmeti hesab olunur:
1. müəssisələrdə yetişdirilən növlər üçün suyun texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olması;
2. su təminatı axar su və nasoslarla həyata keçirilən müəssisələrdə həmişə işlək vəziyyətdə əlavə nasos və generatorun olması;
3. su təminatı axar sularla həyata keçirilən müəssisələrdə suya qarışan tullantıların kənarlaşdırılması üçün mexaniki filtr və vasitələrin istifadəsi, habelə gündə ən azı bir dəfə təmizlənməsi;
4. su təminatı axar sularla həyata keçirilən müəssisələrdə suyun boşaldılması üçün su kənarlaşdırıcı sistemin olması;
5. vəhşi heyvanların hücumlarının qarşısının alınması üçün imkanların mövcud olması.
4.1.4. Nohurlarda bu Qaydaların 4.1.3-cü yarımbəndinin 1-4-cü və 6-cı abzaslarında qeyd olunanlarla yanaşı, aşağıdakı tələblər də təmin olunmalıdır:
1. oksigen miqdarının ən azı 4 mg/lt olması;
2. suyun dəyişilməsinin təmin edilməsi üçün kanalların kifayət qədər böyüklükdə açılmış olması;
3. kənarlarının yan divarlarının ən çoxu 45 dərəcə meyilli olması;
4. qrunt suyundan qaynaqlanmaması;
5. qış aylarında yağan yağışlar nəticəsində boşalma kanallarındakı suların nohurlara qarışmaması;
6. oksigenin azalmasının qarşısının alınması üçün balıqların böyüklüyünə görə nohurda havalandırma sisteminin mövcud olması;
7. nohurun döşəməsində və yan kənarlarında bitən yosunlar üçün gecə oksigen azalmasının qarşısının alınması;
8. peyvəndləmə zərurəti olduqda müvafiq peyvəndlərin vurulması;
9. yosun çiçəkləməsi riskinin mövcudluğunu öyrənmək məqsədilə suyun rəngi və oksigen dəyərlərinin tez-tez yoxlanılması;
10. işığın sönməsi nəticəsində zərər yaranmaması üçün generatorun olması və avtomatik olaraq aktivləşməsi, həmçinin xəbərdarlıq siqnalının mövcud olması.
4.2. Təminat verilən risklər
4.2.1. Bu Qaydalara əsasən aşağıdakı risklər nəticəsində sığortalanmış balığın ölümü təminat altına alınır:
1. kütləvi zəhərlənmə nəticəsində;
2. təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində;
3. “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin
siyahısı”na daxil olan xəstəliklər istisna olmaqla digər yoluxucu xəstəliklər nəticəsində;
4. vəhşi heyvanların hücumu nəticəsində;
5. yanğının birbaşa və ya dolayısilə təsiri nəticəsində;
6. üçüncü şəxslərin hərəkətləri nəticəsində.
4.2.2. Üçüncü şəxslərin hərəkətlərinə daxil olan oğurluq, soyğunçuluq və quldurluq riskləri üzrə akvakultura məhsulunun sığorta müqaviləsində göstərilən saxlanıldığı yerə aşağıda qeyd olunan yollardan biri ilə daxil olaraq əldə edilməsi nəticəsində dəymiş zərərlərə təminat verilir:
1. qırmaq, deşmək, yıxmaq, aşırmaq və ya zor tətbiq etməklə;
2. müxtəlif alət və vasitələrdən istifadə edərək dırmanmaq və ya aşmaqla;
3. itən, oğurlanan və ya qanunsuz yolla əldə edilən açar, onun surəti və ya digər alətlərdən istifadə etməklə;
4. akvakultura məhsulu saxlanılan yerə əvvəlcədən gizli daxil olmaqla.
4.3. Sığorta risklərindən istisnalar
4.3.1. Aşağıdakı hallar nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir:
1. “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na daxil olan xəstəliklər;
2. balıqların növlərindən asılı olaraq aqrar sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş yemləmə normalarına uyğun qidalanmasının təmin edilməməsi;
3. yem ehtiyatlarının keyfiyyətinin düzgün saxlanılmaması nəticəsində yaranan zəhərlənmələr;
4. istifadəsinə icazə verilən dərmanların və kimyəvi maddələrin təlimatlarına uyğun istifadə edilməməsi;
5. istifadəsinə icazə verilməyən dərman və kimyəvi maddələrin istifadəsi;
6. xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlarda və hovuzlarda istehsalçının səhvindən su axınının sürətinin sığorta müqaviləsində qeyd olunan sürətdən aşağı olması;
7. müəssisələrdə akvakultura məhsulunun istehsalında istifadə olunan təchizatların öz funksiyasını yerinə yetirə bilməməsi;
8. akvakultura məhsulunun idarəedici quruma məlumat verilmədən daşınması zamanı təminat verilən sığorta riskləri nəticəsində sığortalanmış predmetə zərər dəyməsi;
9. müəssisədən asılı olan səbəblərdən suyun temperaturunda və duzluluq miqdarında yaranan ani dəyişikliklər;
10. sığorta predmetinin mövcud olduğu ərazidə sığorta müqaviləsində qeyd olunan miqdardan daha çox balığın olması;
11. sığorta tələbi sığortalının cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri, mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olması;
12. hadisənin tətil, lokaut, qiyam, daxili münaqişə və bunların səbəb olduğu hərbi və inzibati tədbirlərlə bağlı olması;
13. hadisənin nüvə partlayışı, radiasiya, bioloji, kimyəvi və ya radioaktiv çirklənmə, habelə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərlə bağlı olması;
14. bu Qaydaların 4.2.1-ci yarımbəndinin 5-ci abzası istisna olmaqla, sığorta tələbinin təminat verilən riskin baş verməsi nəticəsində yaranan dolayı zərərlə bağlı olması;
15. sığorta tələbinin bu Qaydaların 4.2.2-ci yarımbəndində göstərilən hallar istisna olmaqla sığortalanmış əmlakın oğurlanması, quldurluq və ya soyğunçuluq yolu ilə əldə edilməsi ilə bağlı olması;
16. sığorta müqaviləsində göstərilən predmetin növ, yaş, ölçü və orta çəkisi ilə ərazidə aşkar olunan növ, yaş, ölçü və orta çəkisinin fərqli olması;
17. akvakultura məhsulunun saxlanıldığı yerin nəzarətsiz buraxılması nəticəsində sığortalanmış akvakultura məhsulunun oğurlanması.
4.4. Sığorta müqaviləsinin bağlanılma qaydası və bağlanılma müddətləri
4.4.1. Sığorta predmeti hesab olunan akvakultura məhsulunu sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçı vasitəsilə qeydiyyatdan keçirlər.
4.4.2. İdarəedici qurum tərəfindən bu Qaydaların 4.4.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla riskin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi barədə qərar qəbul edilir.
4.4.3. İdarəedici qurum aşağıdakı hallarda riskin müstəqil ekspert tərəfindən qiymətləndirilib-qiymətləndirilməməsi barədə qərar qəbul edir:
1. sığortalının əvvəlki illərdə sığorta ödənişlərinin alınması ilə bağlı qanunazidd hərəkətlər etdiyi müəyyən edildikdə;
2. sığortalının əvvəlki ildə bağladığı sığorta müqaviləsi üzrə zərərlilik dərəcəsi 100 faizdən çox olduqda.
4.4.4. İdarəedici qurum riskin qiymətləndirilməsi barədə qərar qəbul etdikdə, müstəqil ekspert təyin edir və müstəqil ekspertin rəylərinə əsasən idarəedici qurum sığorta predmeti üzrə sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
4.4.5. İdarəedici qurum sığorta predmeti üzrə sığorta müqaviləsinin bağlanılması barədə qərar qəbul etdikdə sığortalı ilə Fondun adından sığorta müqaviləsi bağlayır.
4.4.6. İdarəedici qurum tərəfindən riskin qiymətləndirilməsindən və müqavilənin bağlanılmasından imtina barədə qəbul edilmiş qərarlar əsaslandırılmalıdır.
4.4.7. Sığorta müqaviləsi bağlamaq istəyən şəxs akvakultura məhsullarının sığortası üzrə sığorta müqaviləsinin bağlanılması üçün istənilən vaxt müraciət edə bilər.
4.4.8. Sığorta müqaviləsinin bağlanılması üçün müstəqil ekspertin rəyinə əsasən sığortalı bu Qaydaların 1.21.1-ci yarımbəndinin 9-cu abzasında nəzərdə tutulmuş sənədi idarəedici quruma təqdim edir.
4.5. Sığorta hadisəsi nəticəsində yaranan zərərlərin
minimuma endirilməsi
4.5.1. Sığorta hadisəsi baş verdikdə sığortalı zərərin qarşısını almaq və ya zərəri azaltmaq məqsədilə aşağıdakıları etməlidir:
1. sığorta hadisəsi baş verən akvakultura məhsulunun üzərində müvafiq sahə üzrə ixtisaslaşmış şəxslərin (ixtiopataloq, mühəndis və s.) cəlb edilməsi yolu ilə zərərin minimuma endirilməsi və zərər dəyməmiş akvakultura məhsullarına zərər dəyməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görməli;
2. patoloji-anatomik yarmanın keçirilməsi, ölüm səbəbinin aşkarlanması, ölmüş, ölən və ya xəstə balıqların satışa və ya emala çıxarılması haqqında qərarın qəbul edilməsi üçün tədbirlər görməli;
3. sağlam balıqlar saxlanılan hovuzdan xəstə balıqların təcrid edilməsini, həmçinin xəstə balıqlar üçün istifadə olunan alətlərin ayrı saxlanılmasını təmin etməli;
4. sığorta ödənişinin miqdarının müəyyən edilməsi üçün idarəedici quruma və müstəqil ekspertə sığortalanmış məhsula, məhsulun yerləşdiyi əraziyə baxış keçirməyə və onunla əlaqədar olan sənədlərlə tanış olmağa şərait yaratmalı;
5. sığorta hadisəsinin başvermə səbəblərini əsaslı şəkildə müəyyənləşdirməyə, zərər miqdarı ilə sübutları təyin etməyə kömək olacaq məlumat və sənədləri idarəedici quruma və müstəqil ekspertə təqdimetməli.
“Aqrar sığorta Qaydaları”na
1 nömrəli əlavə
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası və akvakultura məhsullarının sığortası üzrə sığorta haqqına
“zərərsizlik güzəşti” üzrə güzəşt əmsalları
1 il
2 il
3 il və daha çox
Sığorta haqqına güzəştin məbləği
5 %
10 %
15 %
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta haqqına əlavələrin əmsalları
1) bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sığorta riskləri üzrə sığorta haqqına əlavələrin əmsalları
Məcmu sığorta ödənişinin məcmu sığorta haqqına nisbəti (%-lə)
Yalnız sığorta ödənişi verilən illərin sayı
1
2
3
4
2 il
3 il
4 il
100 - 124
1
1,04
1,06
125 - 149
1,04
1,06
1,1
150 - 199
1,06
1,08
1,15
200 - 299
1,08
1,1
1,2
300 - 399
1,1
1,12
1,3
400 - 499
1,12
1,16
1,4
500 - 749
1,14
1,2
1,7
750 - 999
1,16
1,24
2,1
1
2
3
4
1000 - 1499
1,18
1,3
2,75
1500 - 1999
1,22
1,5
3,5
2000 - 2499
1,26
1,7
4,5
2500 - 2999
1,3
1,9
5,5
3000 - 3499
1,34
2,1
6,5
3500 - 3999
1,38
2,4
7,5
4000 - 4499
1,42
2,7
8,5
4500 - 4999
1,46
3,2
9,5
≥ 5000
1,5
3,7
10,5
2) bitki xəstəliklərinin, zərərəvericilərin və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə sığorta haqqına əlavələrin əmsalları
Məcmu sığorta ödənişinin məcmu sığorta haqqına nisbəti (%-lə)
Yalnız sığorta ödənişi verilən illərin sayı
2 il
3 il
4 il
100 - 249
1
1,03
1,26
250 - 499
1
1,15
2,7
500 - 999
1,02
1,8
8
1,000 - 1,999
1,15
2,7
15
2,000 - 2,999
1,35
4,5
30
3,000 - 3,999
1,6
6,3
44
4,000 - 4,999
1,8
8
59
5,000 - 7,499
2,15
11
80
7,500 - 9,999
2,5
13,5
102
10,000 - 12,499
2,8
16
123
12,500 - 14,999
3,15
19
145
15,000 - 17,499
3,5
22
167
17,500 - 19,999
3,8
24
188
≥ 20,000
4,15
27
210
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə
yetişdirilən heyvanların sığortası üzrə sığorta haqqına
“zərərsizlik güzəşti” üzrə güzəşt əmsalları
Məcmu sığorta ödənişinin qazanılmış məcmu sığorta haqqına nisbəti (%-lə)
Sığorta müqaviləsi bağlanılmış illərin sayı
2 il
3 il
4 il və daha çox
< 1
0,850
0,800
0,750
1 - 25
0,900
0,850
0,800
26 - 50
0,950
0,925
0,900
51 - 65
0,975
0,950
0,925
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə
yetişdirilən heyvanların sığortası üzrə sığorta haqqına
əlavələrin əmsalları
Məcmu sığorta ödənişinin qazanılmış məcmu sığorta haqqına nisbəti (%-lə)
Sığorta müqaviləsi bağlanılmış illərin sayı
2 il
3 il
4 il və daha çox
76 - 110
1,050
1,100
1,190
111 - 130
1,150
1,200
1,320
131 - 150
1,250
1,330
1,440
151 - 200
1,350
1,450
1,940
201 - 300
1,470
1,950
3,480
> 300
2,000
3,500
8,500
Qeyd. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə məcmu sığorta ödənişinin qazanılmış məcmu sığorta haqqına nisbəti (65-76) faiz intervalında olduqda sığorta haqqına güzəşt və əlavələr tətbiq edilmir.
“Aqrar sığorta Qaydaları”na
2 nömrəli əlavə
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası
üzrə sığorta tarifləri və onların iqtisadi əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;
2) bir sığorta müqaviləsi üzrə sığorta məbləği (So) - 10 000 manat;
3) bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 7 500 manat;
4) bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 1 000.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcə, onun əsas hissəsi və risk üstəliyi işarə edilərək, netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100 x q x Sö/So = 100 x 0,02 x 7 500/10 000 = 1,5 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalının 0,95 götürüldüyü halda həmin ehtimala uyğun əmsal a = 1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/2
Tr = 1,2 x Tə x a x ((1 - q)/(n x q)) = 1,5 x 1,2 x 1,645 x ((1 - 0,02)/(1000 x 0,02)) = 0,66 manat
Tn = Tə + Tr = 1,5 + 0,66 = 2,16 manat
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 65%, yüklənmə - 35%, o cümlədən işlərin aparılması xərcləri - 35%.
Brutto-dərəcə Tb ilə işarə edilməklə aşağıdakı düstura əsasən hesablanır:
Tb = Tn/(1 - f) = 2,16/(1 - 0,35) = 3,3 manat
Tarif dərəcələri predmetlərin növlərindən və risklərin kateqoriyalarından asılı olaraq diferensiallaşdırılır. O cümlədən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının növləri üzrə aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan əmsallar tətbiq olunaraq aşağıdakı intervallarda tarif dərəcələri müəyyən edilir:
buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı - 0,7%-10%;
kartof – 0,5% - 10%
tütün – 0,3%-10%;
yemlik qarğıdalı (silos) – 0,3%-5%;
limon, üzüm, fındıq – 0,5%-30%.
Bitki xəstəliklərinin, zərərvericilərin və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə sığortalanma zamanı yuxarıdakı tarif dərəcələrinə 55 faizədək əlavə nəzərdə tutulur.
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə
yetişdirilən heyvanların sığortası üzrə sığorta tarifləri
və onların iqtisadi əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,06;
2) bir sığorta predmeti üzrə sığorta məbləği (So) - 5 000 manat;
3) bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 3 000 manat;
4) bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 6 500.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcə, onun əsas hissəsini və risk üstəliyi işarə edilir. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100 x q x Sö/So = 100 x 0,06 x 3 000/5 000 = 3,6 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalı 0,95 götürüldüyü halda həmin ehtimala uyğun əmsal a = 1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/2
Tr = 1,2 x Tə x a x ((1 - q)/(n x q)) = 3,6 x 1,2 x 1,645 x ((1 - 0,06)/(6 500 x 0,06)) = 0,35 manat
Tn = Tə + Tr = 3,6 + 0,35 = 3,95 manat
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 65%, yüklənmə - 35%, o cümlədən işlərin aparılması xərcləri - 35%.
Brutto-dərəcə Tb ilə işarə edilərək aşağıdakı düstura əsasən hesablanır:
Tb = Tn/(1 - f) = 3,95/(1 - 0,35) = 6,07 manat
Tarif dərəcələri risk kateqoriyaları üzrə aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan əmsallar tətbiq olunaraq 3%-10% intervallarında müəyyən edilir.
Akvakultura məhsullarının sığortası üzrə sığorta
tarifləri və onların iqtisadi əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;
2) bir sığorta müqaviləsi üzrə sığorta məbləği (So) - 15 000 manat;
3) bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 10 000 manat;
4) bağlanılan sığorta müqavilələrinin sayı (n) - 100.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcə, onun əsas hissəsi və risk üstəliyi işarə edilərək onun əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100 x q Sö/So = 100 x 0,02 x 10 000/15 000 = 1,33 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalı 0,95 götürüldüyü halda həmin ehtimala uyğun əmsal a = 1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/2
Tr = 1,2 x Tə x a x ((1 - q)/(n x q)) = 1,33 x 1,2 x 1,645 x ((1 - 0,02)/(100 x 0,02)) = 1 ,84 manat
Tn = Tə + Tr = 1,33 + 1,84 = 3,17 manat
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 65%, yüklənmə - 35%, o cümlədən işlərin aparılması xərcləri - 35%.
Brutto-dərəcə Tb ilə işarə edilərək aşağıdakı düstura əsasən hesablanır:
Tb = Tn/(1 - f) = 3,17/(1 - 0,35) = 4,88 manat
Tarif dərəcələri risk kateqoriyaları üzrə diferensiallaşdırılır. Tarif dərəcələri balıqların növləri və risk kateqoriyaları üzrə aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan əmsallar tətbiq olunaraq 0,3-10% intervallarında müəyyən edilir.