Dünyanın 150 şəhərində mənzil qiymətlərinin artması araşdırılıb. Türkiyənin İstanbul şəhəri 185% artımla birinci olub. İstanbulun ardınca Ankara, İzmir və ABŞ-ın Mayami şəhəri gəlir.
Eləcə də bax: Səfərbərlikdən sonra ruslar Türkiyədə daha çox mənzil almağa - BAŞLAYIB
FED.az dünyanın aparıcı daşınmaz əmlak məsləhət şirkətlərindən biri olan "Knight Frank"ın araşdırmasına istinadən xəbər verir ki, 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər mənzil qiymətləri Ankarada 165%, İzmirdə isə 151% artıb.
İstanbul Əmlakçılar Palatasının sədri Nizamettin Aşa daha əvvəl Ankara, İzmir və Antalya kimi şəhərlərdə, xüsusən də meqapolislərdə qiymətlərin yüksək olduğunu müəyyən etdiklərini söyləmişdi.
Torpaq qiymətlərinin və tikinti xərclərinin artmasının mühüm faktor olduğunu deyən Aşa, yeni tikililərə tələbatın çox yüksək olduğunu, ona görə də artım tendensiyası olduğunu bildirib.
ULUS, ETİLER, BEBEK...
İstanbulda qiymət artımında Beşiktaş liderdir. Beşiktaşın Ulus, Etiler və Bebek kimi məhəllələri dünyada qiymətlərin ən çox artdığı yaşayış əraziləri olub.
Sarıyer və Kadıköy kimi bölgələr Beşiktaşın ardınca gəlir. Mütəxəssislərin fikrincə, qiymət artımına bu qəsəbələrdə qıtlıq, yəni ev tapmamaq səbəb olur.
Aşa, ''Xüsusilə malikanə, villa kimi evlərin olduğu bölgələrdə güclü artım var. Bu baxımdan diqqət çəkən yerlərdən biri də Başakşehirdir. Xüsusilə yeni rayon olduğuna görə. Beylikdüzü və hətta Avcılar-ın bir hissəsində qiymətlər sürətlə artır'' deyib. (Marja)