Azərbaycan şirkətləri işçi axtarır - MAAŞ 2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 1400-1600-1640 MANAT - VAKANSİYALAR
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"Baku Steel Company" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR - VAKANSİYALAR
"Karimli Architectural Bureau" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
Şərqi Zəngəzur İqtisadi Rayonunda "1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs
Planlama mühəndisi
Son tarix 06 iyn 2023 - [email protected]
Vəzifə funksiyaları:
- Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlarının hazırlanması, hesabatın baş layihə menecerinə ötürülməsi və Primavera 6 proqramına daxil edilməsi və yenilənməsi;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
- Podratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Tikinti sahəsi üzrə 3 ildən az olmayan iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil;
- Kompüter bilikləri: MS Office (xüsusilə, MS Excel, MS Word, MS PowerPoint), MS Project, Primavera 6 proqramında səlis işləmə bacarığı, AutoCAD arzuolunandır;
- Ezamiyyələrə hazırlıqlı olması.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 5 İyun 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Planlama mühəndisi” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Smeta mühəndisi
Son tarix 06 iyn 2023 - [email protected]
Vəzifə funksiyaları:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Smeta sənədlərinin uçotunu aparmaq;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Smetaların bazar qiymətlərini araşdırmaq;
- Sahələrdən gələn texniki hesabatları yoxlamaq (Forma 2, Forma 3).
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər;
- Dil bilikləri: Azərbaycan dili - səlis, Xarici dil biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Ezamiyyələrə hazırlıqlı olması.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 5 İyun 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Smeta mühəndisi” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.