Azərbaycan şirkətləri işçi axtarır - MAAŞ 2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 1400-1600-1640 MANAT - VAKANSİYALAR
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"Baku Steel Company" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR - VAKANSİYALAR
"Karimli Architectural Bureau" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Strategiya və layihələrin idarəolunması şöbəsinə məsləhətçi
Son tarix 17 iyn 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə bakalavr dərəcəsi
- İqtisadiyyat, maliyyə, biznesin təşkili və ya səhiyyənin idarəolunması sahəsində minimum 3 illik peşəkar təcrübə;
- Yüksək analitik düşüncə qabiliyyəti, təhlil və təqdimat bacarığı;
- Yüksək səviyyədə ingilis dili biliyi (rus dili arzuolunandır);
- MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Agile, Waterfall və digər layihələrin idarəolunması metodologiyalarından istifadə təcrübəsi;
- Vaxtın və resursların idarə olunması bacarığı;
- Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
- Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi;
- Layihə sənədlərinin, icra planlarının hazırlanmasına, resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;
- Layihələrin texniki-iqtisadi əsaslandırmasının və ssenarilər üzrə təhlilinin həyata keçirilməsi;
- Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Şirkətdaxili müxtəlif layihələrin, strateji təhlilinin aparılması və aidiyyati dəstəyin göstərilməsi;
- Layihələrin həyata keçirilməsinin dövri olaraq nəzərdən keçirilməsi, icra statusları barədə məlumatların toplanılması;
- Layihə üzvlərini aidiyyati məlumatlar və resurslarla təmin etmək və əlaqəli tərəflərin məlumatlandırılması;
- Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi;
- Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi;
- Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;
- Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Rəhbərlik tərəfindən verilmiş və vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 17.06.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Strategiya və layihələrin idarəolunması şöbəsinin müdiri
Son tarix 17 iyn 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- İqtisadiyyat və ya maliyyə sahəsində minimum 5 il rəhbər təcrübəsi;
- Yüksək analitik düşüncə bacarığı, təhlil və təqdimat qabiliyyəti;
- Yüksək səviyyədə İngilis dili biliyi (rus dili arzuolunandır);
- İctimai sağlamlıq və sığorta prinsipləri haqqında məlumatlılıq;
- SWOT, PESTLE, SIPOC, Mind Mapping və s. kimi metodologiya biliyi;
- MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Vaxtın və resursların idarə olunması bacarığı;
- Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
- Mövcud mühitin qiymətləndirilməsi, əsas məqsədlərin müəyyən edilməsi, uğur amillərinin və təşkilati çətinliklərlə bağlı məhdudiyyətləri özündə ehtiva edən uzunmüddətli strategiya və planların hazırlanması;
- Agentliyin strategiyasının yazılmasına dəstək verilməsi, bu sahədə olan innovativ yanaşmaların təklif olunması;
- Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
- Gəlirlilik təhlili, proseslərin yenidən dizaynı, əməliyyat səmərəliliyi, böyümə strategiyası, strateji planlaşdırma, məlumatların toplanması, keyfiyyət təhlilinin aparılması;
- Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;
- Strategiyanın həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması;
- Agentliyin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
- Strateji hədəflərə çatmaq üçün əsas biznes vahidləri ilə sıx əlaqədə olmaq və lazımi analitik və statistik məlumatların yığılması;
- Strateji hədəflərin həyata keçirilməsi məqsədilə aparılan araşdırma və təhlillərdə iştirak etmək;
- Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Rəhbərlik tərəfindən verilmiş və vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 17.06.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Risklərin idarəolunması və aktuari şöbəsinə məsləhətçi
Son tarix 16 iyn 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- İqtisadi, maliyyə, riyazi, risklərin idarə olunması və statistik sahədə bilik və bacarıqlar;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil biliyi (xüsusilə ingilis dili);
- Analitik düşüncə, hesabatların, təqdimatların hazırlanması bacarıqları;
- Ofis proqramları üzrə biliklər.
Görəcəyiniz işlər:
- Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
- Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
- Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nazarət;
- Aktuar hesablamalar aparmaqla sığorta haqlarının, həmçinin sığorta ehtiyatlarının hesablanması;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
- Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
- Yarımillik risk hesabatlarının hazırlanması.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi
Müraciət qaydası:
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Analitika və statistika şöbəsinə məsləhətçi/aparıcı məsləhətçi
Son tarix 16 iyn 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- İqtisadi, maliyyə, riyazi, analitik və statistik sahədə bilik və bacarıqlar,
- Əla səviyyədə MS Excel, Power BI, MySQL bacarıqları
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil biliyi (xüsusilə ingilis dili)
- Ofis proqramları üzrə biliklər.
Görəcəyiniz işlər:
- Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
- Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
- İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
- Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
- Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması;
- Dövri olaraq analitik hesabatların hazırlanması.