Azərbaycan şirkətləri işçi axtarır - MAAŞ 2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 1400-1600-1640 MANAT - VAKANSİYALAR
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"Baku Steel Company" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR - VAKANSİYALAR
"Karimli Architectural Bureau" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
Bank Respublika ASC
Partnyorlarla iş üzrə mütəxəssis
Son tarix 01 iyn 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
-
Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
-
Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
-
Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
-
Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
-
Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
-
Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-
Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
-
MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
-
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
-
Cəlbetmə və satış bacarığı;
-
Məsuliyyətlilik, operativlik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Partnyorlarla iş üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Proqram təminatı şöbəsinə kiçik mütəxəssis/mütəxəssis vəzifəsi (TestOps)
Son tarix 01 iyn 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Layihə testinin avtomatlaşdırılması, “test-case”lərin yazılması;
-
Komandalar ilə aktiv şəkildə qarşılıqlı əlaqələrin qurulması, layihələrin keyfiyyətinin təmin edilməsi;
-
Tələblərin araşdırılması, müxtəlif səviyyədə sınaqların aparılması və “test-case”lərin hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (aidiyyatı sahə üzrə);
-
Aidiyyatı sahə üzrə 1 ilədək iş təcrübəsi;
-
Linux ƏS üzrə geniş administrativ biliklər və iş təcrübəsi;
-
DevOps Tools: Docker,GitLab,CI/CD,Ansible
-
TestOps Tools: Selenium,Selenide,Postman/Newman,Appium, Python Beatiful Soup texnologiyaları üzrə iş təcrübəsi;
-
Scripting – Bash,Python;
-
Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis (orta);
-
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində TestOps qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.