Azərbaycan şirkətləri işçi axtarır - MAAŞ 2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 1400-1600-1640 MANAT - VAKANSİYALAR
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"Baku Steel Company" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR - VAKANSİYALAR
"Karimli Architectural Bureau" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
Baku Steel Company CJSC
İxrac (Beynəlxalq) satışları üzrə baş mütəxəssis
Son tarix 17 iyn 2023 [email protected]
Əmək funksiyaları:
- Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, beynəlxalq əlaqələrin qurulması, satış imkanlarının öyrənilməsi;
- Beynəlxalq bazarda mövcud olan müştərilərin analiz olunması və potensial yeni müştərilərin cəlb edilməsi;
- Şirkət məhsullarının tanıdılması istiqamətində görüşlərin təşkil edilməsi;
- Yeni müştərilər ilə müqavilə bağlanması və ödənişin izlənməsi;
- Məhsulun xarici bazarda (sərgi, konfrans və digər beynəlxalq platformalarda) tanıdılmasının təmin edilməsi, satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması;
- Məhsul ixracı ilə bağlı sənədləşmələrin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrasına nəzarət edilməsi;
- Məhsulun ixracı zamanı logistik prosesə nəzrət edilməsi;
- İxrac prosesi ilə bağlı xarici ölkələrə səfərlərin edilməsi.
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsinin müəyyən edilməsi, analizlər aparılmaqla çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin təqdim edilməsi;
- Cari ixrac prosesinin vəziyyəti, xarici bazarda məhsulun mövqeyi və digər məlumatları özündə əks etdirən hesabatların hazırlanması və təqdim edilməsi;
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- İstehsalat və metallurgiya sahələrində satış təcrübəsi üstünlükdür
- Xarici səfərlərə/ezamlara hazır olmalı
- Yüksək səviyyədə İngilis və Rus dili biliyi
İxrac (Beynəlxalq) satışları üzrə aparıcı mütəxəssis
Son tarix 17 iyn 2023 [email protected]
Əmək funksiyaları:
- İxrac əməliyyat xidmətləri üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması;
- Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, satış imkanlarının öyrənilməsi;
- İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
- Sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi;
- Məhsul ixracı ilə bağlı sənədləşmələrin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrasının təmin edilməsi;
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- İstehsalat və metallurgiya sahələrində satış təcrübəsi üstünlükdür
- Yaxşı səviyyədə İngilis və Rus dili biliyi
Baku Steel Company CJSC
Deputy CFO
Son tarix 16 iyn 2023 [email protected]
Job Responsibilities:
- Undertake strategic analysis and assist the Chief Financial Officer with strategic planning, including leading on the development of the annual and medium-term financial plans
- Analyze, interpret and communicate financial and performance data, and provide financial advice
- Lead the delivery of accurate financial and performance, monitoring forecasts and plans
- Ensure robust plans for the mitigation of risks identified. Produce the overall revenue and capital budgets
- Provide executive management with accurate and comprehensive financial information to guide effective policy making and financial strategizing
- Supervise follow-up of new accounting and auditing pronouncements that may affect the Company’s financial statements and their preparation
- Mentore and manage the accounting and financial staff
- Identify efficiencies and opportunities for cost reductions across the business
- Communicate conclusions to CFO on analysis of business cases provided by Commercial functions- assess reasonableness of conclusions made
Qualifications:
- Bachelor’s degree in Accounting or Finance required (Master’s degree or MBA is an asset)
- 3-5 years of budgeting, financial reporting, financial controlling work experience
- Commercial and business awareness, analytical mind
- Excellent managerial skills and ability to evaluate the work of others.
- Excellent verbal and written communication skills.
- Excellent organizational skills and attention to detail
Terms and conditions:
- Business hours 09:00-18:00
- Lunch provided
- Day off - Saturday and Sundays
- Salary range will be negotiated.
Baş Daxili Auditor
Son tarix 12 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək;
- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Sahə üzrə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
- Dil bilikləri: səlis yazılı və şifahi Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır);
- Yüksək analitik düşüncə və problemləri həlletmə bacarıqları;
- Məsələlələrə mikro və makro baxış;
- Yüksək ünsiyyət bacarıqları.
Maraqlanan şəxslər mövzu yerində “Baş Daxili Auditor” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.
Mütəxəssis və şəxsi assistent
Son tarix 12 iyn 2023 [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Görüşlərin təyin edilməsi;
- Daxil olan zənglərin cavablandırılması;
- Sənədlərin imzaya təqdim edilməsi;
- İclaslarda iştirak edib, protokolların tərtib edilməsi və iştirakçılara göndərilməsi;
- Rəhbərin tapşırıqları ilə əlaqədar elektron məktubların yazılması;
- Rəhbər verdiyi tapşırıqlarının icrasına nəzarət və məlumatlandırma;
- Nadir hallarda qonaqlar olanda çayın verilməsi.
Namizədə tələblər:
- Kompüter bilikləri: MS Office (Excel, Word, PowerPoint, Outlook) sərbəst istifadəçi;
- Dil bilikləri: Azərbaycan və rus dili sərbəst, ingilis dili – işgüzar yazışma səviyyəsində;
- Sahə üzrə minimum 1 il təcrübə;
- Xanım namizədlər tələb olunur.
İş şəraiti:
- İş saatları 09:00-18:00, bir saat nahar fasiləsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İstirahət günləri – Şənbə və bazar;
- Əmək haqqı – 600-700 AZN;
- AR ƏM ilə rəsmiləşdirilmə.
Tələblərə cavab verən şəxslər mövzu yerində “Mütəxəssis və şəxsi assistent” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.