Azərbaycan şirkətləri işçi axtarır - MAAŞ 2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 1400-1600-1640 MANAT - VAKANSİYALAR
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"Baku Steel Company" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR - VAKANSİYALAR
"Karimli Architectural Bureau" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
Star Mining LLC
Aparıcı mühasib
Son tarix 17 iyn 2023 [email protected]
Ə/H: 1500-2000 AZN
Vəzifə təlimatı:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi ;
- Bank və kassa əməliyyatlarının düzgün aparılması, rezident və qeyri-rezidentlərə ödənişin həyata keçirilməsi;
- Kredit əməliyyatlarının uçotu və bununla bağlı monitorinqi;
- E-Qaimə faktura və hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar və idxal olunan malların maya dəyərinin hesablanması;
- Vergi uçotunun aparılması;
- Vergi, DSMF , statistika hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması;
Namizədə tələblər:
- Yaş həddi:28-45
- Ali təhsil
- 7-10 il aidiyyatı sahə üzrə təcrübə
- Azərbaycan dilini bilməsi mütləqdir
- Rus və İngilis dili biliyi arzu olunandır
- MS Office proqramları, 1C, Logo, SAP proqramlarında işləmək bacarığının olması ( istənilən birində)
- BTP proqramı, e-gov.az, e-taxes.gov.az portallarından istifadə etmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə dəqiq, məsuliyyətli yanaşma
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
Nahar şirkət tərəfindən verilir.
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.
Zəhmət olmasa yuxarıdakı tələblərə uyğun olmayan namizədlər cv göndərməsin.Uyğun namizədlər CV formalarını mail-ə göndərə bilərlər.