Ziraat Bank Azərbaycan
İnternet Bankçılıq üzrə Biznes analitik
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Azerbaijan Airlines - AZAL" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Army Group" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"M Bulak BOKT MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Son tarix 12 iyl 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 3 il iş təcrübəsi;
- IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək və stress altında işləyə bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- SQL proqramlaşdırma dili üzrə biliklər;
- Funksional spesifikasiyanın yazılması və yaradılması;
- Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
- Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Tələblərin izlənilməsi;
- Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
- İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması və tətbiq olunması;
- Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını iyul ayının 15-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Proqramçı (Senior/strong middle software developer)
Son tarix 12 iyl 2024 [email protected]
Tələblər:
- Proqramlaşdırma sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Java 8+;
- Dərin OOP bilikləri;
- Spring Boot, Spring Security, WebFlux;
- Reactive programming arzu olunandır;
- Apache Kafka;
- Camunda, Apache Camel;
- ORM (hibernate bilikəri);
- Mircroservice arxitekturası;
- Clean code prinsipləri bilikləri;
- CI/CD, K8S, Docker, ELK.
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
- Səliqəli və oxunaqlı kodları yazmaq bacarığı;
- Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alıması;
- Proses zamanı qarşıya çıxan problemlərin analizi, aradan qaldırılması;
- Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər iyul ayının 15-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Proqramçı” qeyd edilməsi vacibdir.
İəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Baş PL/SQL Developer
Son tarix 12 iyl 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 5 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri biliyi;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;
- Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
- JSON obyekt tipi ilə işləmək bacarığı;
- SQL, PL/SQL sahəsində minimum bir il iş təcrübəsi;
- DWH (Data Warehouse) üzrə biliklər;
- Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;
- Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;
- MS Excel bacarıqlarının yüksək səviyyədə olması arzuolunandır;
- Rus və ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
- Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
- İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
- Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.
Əsas vəzifələr:
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
- Hesabat məlumatlarının reallığının yoxlanılması;
- Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
- Texniki spesifikasiyaların hazırlanması;
- Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər iyul ayının 15-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş PL/SQL Developer” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.