Express Bank
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı mütəxəssisi (IT Biznes Analitik)
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Azerbaijan Airlines - AZAL" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Army Group" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"M Bulak BOKT MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Son tarix 12 iyl 2024 - Müraciət et
Rəqəmsal Məhsullar Squad-ında Mobil Bankçılıq sahəsində ixtisaslaşan Junior/Middle IT Biznes Analitiki olaraq, siz IT və biznes arasında körpü yaratmaqda mühüm rol oynayacaqsınız. Data analitikası ilə siz prosesləri qiymətləndirəcək, tələbləri müəyyən edəcək və məlumatlara əsaslanan tövsiyələr və hesabatlar hazırlayaraq, xüsusi olaraq mobil bank məhsullarımızı təkmilləşdirməyə diqqət yetirəcəksiniz.
- Mobil bankçılıq məhsulları üçün tələbləri, biznes keysləri və layihə hədəflərini müəyyən etmək və aydınlaşdırmaq üçün Məhsul Sahibi və digər tərəfdaşlarla əməkdaşlıq etmək;
- Texniki komanda ilə qeyri-texniki tərəfdaşlar arasında vasitəçilik etmək, xüsusilə mobil bankçılığa aid layihənin məqsədləri və tələblərinin aydın anlaşılmasını təmin etmək;
- Mobil bankçılıq kontekstində prosesləri, məlumatları və sistemləri təhlil etmək və modelləşdirmək, təkmilləşdirmələri müəyyən etmək və həllər tövsiyə etmək;
- İmplementasiya etmək üçün developerlarla sıx işləyərək mobil bankçılıqla əlaqəli biznes və ya IT sistemlərini dizayn etmək və modifikasiya etməyə kömək etmək;
- Mobil bankçılıq həlləri üçün istifadəçi təlimatları və funksional spesifikasiyalar daxil olmaqla ətraflı sənədləri hazırlamaq və saxlamaq;
- Mobil bankçılıq inkişafının test və təsdiqləmə mərhələlərində iştirak etmək, sistemlərin biznes tələblərinə cavab verdiyini təmin etmək;
- Developerlar üçün texniki sənədlər və tapşırıqları hazırlamaq, xüsusi olaraq mobil bankçılığa aid API sənədləşdirilməsi və test keyslərin düzgün şəkildə hazırlanmasını təmin etmək;
- Mobil bankçılıq layihələrinə aid sənədləşdirilməsi üçün Confluence-dan istifadə etmək və aktual məlumatların saxlanılmasını təmin etmək.
Tələblər:
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznes İdarəçiliyi və ya əlaqədar bir sahədə bakalavr dərəcəsi;
- Mobil bankçılığa diqqət yetirərək, IT mühitində biznes analizi, sistem analizi və ya əlaqəli bir sahədə 1-3 il təcrübə;
- Mürəkkəb məlumatları təhlil etmək və mənalı nəticələr çıxarmaq üçün güclü analitik bacarıqlar;
- İngilis dilində əla yazı bacarıqları, texniki və qeyri-texniki komandalarla əməkdaşlıq etmək bacarığı;
- API sənədləşdirilməsi və API testində təcrübə üstünlükdür;
- Scrum təcrübəsi ilə Agile metodologiyaları haqqında bilik üstünlükdür;
- Proseslərin sənədləşdirilməsi və biznes analizi vasitələri (Visio, Draw.io, UML, BPMN, Activity Diagrams etc) istifadə üzrə bacarıqlar;
- Confluence ilə təcrübə arzuolunandır.