Azərpoçt
Şəbəkə üzrə mütəxəssis (Telekommunikasiya şöbəsi)
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Azerbaijan Airlines - AZAL" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Army Group" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"M Bulak BOKT MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Son tarix 12 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şəbəkə avadanlığının sazlanması, quraşdırılması və kommutasiyası;
- Şəbəkə avadanlığının diaqnostikası və nasazlıqların aradan qaldırılması;
- Şəbəkə avadanlığının konfiqurasiyalarının dəyişdirilməsi, rezervləşdirilməsi və bərpası;
- Giriş hüquqlarının konfiqurasiyası, qurulması və ayrılması;
- Tunellərin təşkili və dəstəklənməsi;
- IP telefoniyanın idarə edilməsi;
- Yeni kanalların qoşulmasında iştirak (avadanlığın sazlanması və kanalların qəbulu);
- Şəbəkə infrastrukturu monitorinq sistemlərinin idarə edilməsi;
- Aktiv şəbəkə avadanlığının monitorinqi, trafik analizi, qəza hallarının aradan qaldırılması, troubleshooting;
- Provayderlərlə qarşılıqlı əlaqə (texniki məsələlərdə, şəbəkə avadanlıqlarında və rabitə kanallarında problemlərin aradan qaldırılması zamanı və s.);
- İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
- Cari konfiqurasiyanın sənədləşdirilməsi, kommutasiya jurnallarının, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Sənədlərlə işləmə bacarığı;
- Korporativ seqmentdə / inteqratorda şəbəkə və telekommunikasiya texnologiyaları sahəsində 1 ildən artıq iş təcrübəsi;
- Korporativ WAN şəbəkələrinin qurulması, inkişafı və müşayiət təcrübəsi;
- IP telefoniya ilə iş təcrübəsi;
- Şəbəkə avadanlığının quraşdırılması və qoşulması üzrə təcrübə;
- İngilis və rus dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Network Specialist” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.