Dövlət qurumu
Satınalma üzrə mütəxəssis
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Azerbaijan Airlines - AZAL" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Army Group" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"M Bulak BOKT MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Son tarix 12 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
- İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
- Satinalma müsabiqəsinin əsas şərtlər toplusunun hazırlanması;
- Dövlət satınalmalarının vahid internet portalında elanların dərc olunması;
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
- Elektron satınalmalar portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
- İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
- Satınalmaların nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
- Satınalmaların nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
- Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
- Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq və s;
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması;
- Dövlət qurumunun büdcə layihəsinin hazırlanmasında iştirak etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Dövlət satınalmaları üzrə ən azı 2 il iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında AR qanunvericiliyini bilməli;
- etender.gov.az portalından istifadə edə bilməli;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzuolunandır);
- Word, Excel və ERP proqramları ilə işləmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Əmək məzuniyyəti: 30 təqvim günü;
- Əmək haqqı bazar rəqabətlidir.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.