Bank Respublika ASC
Mobil tətbiqlərin analitiki
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Azerbaijan Airlines - AZAL" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Army Group" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"M Bulak BOKT MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Son tarix 12 iyl 2024 - Müraciət et
Təsvir:
- Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
- Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Korporativ katib
Son tarix 12 iyl 2024 Müraciət et
Təsvir:
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurası, İdarə Heyəti və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək, və həmin iclasların gündəliyini tərtib etək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
- Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarə edilməsi prosesini təşkil etmək;
- Müşahidə Şurası, İdarə Heyətinin iclası və Komitələrin qərarları haqqında Bankın əməkdaşlarını məlumatlandırmaq;
- Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin qərarlarının və tapşırıqlarının icrasına nəzarət etmək;
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi – 1 ildən 3 ilə qədər;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus (əla), Ingilis dili (əla);
- Minimum nəzarətlə effektiv işləmə bacarığı;
- Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
- Zamanın səmərəli və effektiv idarə edilməsi;
- Güclü təşkilatçılıq bacarığı və eyni zamanda bir neçə tapşırığın icra edilməsi
Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 12 iyl 2024 Müraciət et
Təsvir:
- Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
- Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
- Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
- Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.