Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-800-1000-1150-1200 manat - 30 VAKANSİYA
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"Baku Electronics" işçilər axtarır - VAKANSİYALAR
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Azprotein Foods Group" işçi axtarır - MAAŞ 900-1200 MANAT - VAKANSİYA
"Bravo Technologies" işçilər axtarır - MAAŞ 600-800 MANAT- VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Yelo Bank" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
"Avrora" şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Azərbaycan Sənaye Korporasiyası" ASC işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYALAR
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
Holdinq işçi axtarır - VAKANSİYA
Nəzarətçi
Son tarix 08 okt 2022 - [email protected]
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bank təhlükəsizliyi departamentində Nəzarətçi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Nəzarətçi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.
Struktur: Bank təhlükəsizliyi departamenti
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
-
Bank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçilərin fəaliyyətləri ilə bağlı digər təşkilati və tənzimləyici sənədləri bilmək;
-
Obyektin mühafizəsi üzrə hazırki vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək;
-
Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, Bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;
-
Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək;
-
Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək;
-
Postda olan xidməti sənədləşməni səliqəli və düzgün aparmaq;
-
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək;
-
Departament nəzarətçiləri ücün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanılması;
-
Postda təmizliyi və nizamı saxlamaq;
-
Bankın işçilərinə, müştərilərə və ziyarətçilərə mehriban və səmimi münasibət göstərmək;
-
Bankın obyektlərində baş verən hadisələr və pozuntular barədə dərhal növbəyə rəhbərlik edən baş nəzarətçiyə məruzə etmək.
Tələblər:
-
İş təcrübəsi tələb olunmur, lakin mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir;
-
Azərbaycan və rus dilini səlis bilmək;
-
Orta təhsil və ya daha yuxarı təhsil;
-
Səlis yazılı və şifahi ünsiyyət qurma bacarığı;
-
Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri;
-
İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;
-
Təmkinli olmaq bacarığı;
-
Şifahi və yazılı hesabat vermə bacarığı;
-
Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.
Biz Sizə nə təklif edirik:
-
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
-
Ttibbi sığorta proqramına qoşulma;
-
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Kiçik və orta biznes müştəriləri üzrə Mütəxəssis
Son tarix 07 okt 2022 - [email protected]
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “hazırda Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis, Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssisi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “KOB” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Kiçik və orta biznes departamenti
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri
Vəzifə öhdəlikləri:
-
Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
-
Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
-
Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
-
Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
-
Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq.
Tələblər:
-
Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır);
-
Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir);
-
Bank işi ilə bağlı sertifikatlar arzuolunandır;
-
Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
-
Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı arzuolunandır.
Biz Sizə nə təklif edirik:
-
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
-
Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
-
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.