Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-800-1000-1150-1200 manat - 30 VAKANSİYA
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"Baku Electronics" işçilər axtarır - VAKANSİYALAR
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Azprotein Foods Group" işçi axtarır - MAAŞ 900-1200 MANAT - VAKANSİYA
"Bravo Technologies" işçilər axtarır - MAAŞ 600-800 MANAT- VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Yelo Bank" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
"Avrora" şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Azərbaycan Sənaye Korporasiyası" ASC işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYALAR
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
Holdinq işçi axtarır - VAKANSİYA
Brend Menecer
Son tarix 08 okt 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanılması və reallaşdırılması;
-
Portfelində mövcud olan brendlər üzrə düzülüş normativlərinin hazırlanması, Satış komandasına məlumat verilməsi və icrasının izlənilməsi;
-
Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımı tədbir planının hazırlanması;
-
Mütəmadi olaraq gündəlik/aylıq istehsal olunan məhsulların miqdarının izlənilməsi, nəzərdə tutulmuş istehsal planından kənarlaşma olduğu təqdirdə müvafiq tədbirlər görülməsi, birbaşa rəhbərinə istehsalın gedişatına dair müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
-
Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
-
Marketinq planının hazırlanmasında iştirak etməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
-
Brend üzrə qiymət siyasətinin mütəmadi olaraq təhlil edilməsi və inkişaf etdirilməsi;
-
Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula olan münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
-
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
-
Güclü analitik düşüncəyə malik olması;
-
Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
-
Excel proqramı üzrə bilikler (orta səviyyədə);
-
Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Təhsil: Marketinq ixtisası üzrə bakalavr dərəcəsi;
-
İş təcrübəsi: Brend Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
-
Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).
İş şərtlərimiz:
-
İş qrafiki: Tam iş günü (5 gün);
-
İş saatları: 09:00-18:00;
-
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əməkhaqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Nahar;
-
Şirkət hesabına korporativ nömrə;
-
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elektronçu
Son tarix 08 okt 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
İstehsalat avadanlıqlarının təmiri və diaqnostikası;
-
Elektron avadanlıqların modul və komponent səviyyəsində təmiri;
-
Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması;
-
Elektron platalardakı nasazlıqları təmir etmək;
-
Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak;
-
Təmir olunmuş elektron avadanlıqlara texniki baxış;
-
Elektrik mühərriklərindəki nasazlıqları aradan qaldırır;
Tələb olunan bilik və bacarıqlar:
-
Elektron avadanlıqların istismar qaydalarını bilmək;
-
Elektronik ehtiyyat hissələrin təmir və dəyişdirilməsi qaydası
-
Layihələrlə işləyə bilmək bacarığı;
-
İstehsal avadanlıqları üzrə elektronik biliklər;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Təhsil: Ali (Energetika üzrə);
-
İş təcrübəsi: Ən az 3 il müvafiq sahə üzrə (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür);
-
Yaş həddi: 25 – 45 aralığı;
-
Dil bilikləri: Azərbaycan dili (Rus dili və İngilis dili arzuolunandır);
-
MS Office proqramlarını bilmək;
İş şərtlərimiz:
-
İş qrafiki: Növbəli iş qrafiki;
-
Nahar şirkət tərəfindən təmin olunur;
-
İş yeri Avrora Sənaye Parkı (Hökməli qəs).;
-
Servis şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əməkhaqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektronçu” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.