Azərbaycan şirkətləri işçi axtarır - MAAŞ 2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 1400-1600-1640 MANAT - VAKANSİYALAR
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"Baku Steel Company" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR - VAKANSİYALAR
"Karimli Architectural Bureau" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
TuranBank ASC
Bazar risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 17 iyn 2023 [email protected]
Vəzifəyə olan tələblər:
- Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
 - Bazar riskləri və ya digər müvafiq sahədə təcrübə;
 - Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
 - Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;
 - Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
 - Stress altında işləmə qabiliyyəti;
 - MS Office (Excel/Word/Powerpoint) yaxşı səviyyədə bilmək;
 - Maliyyə məhsulları və maliyyə bazarları,makroiqtisadiyyat haqqında biliklər;
 - Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
 - İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
 - CFA,FRM,PRM üzrə biliklər arzuolunandır;
 
Vəzifə öhdəlikləri:
- Bazar/Likvidlik risk modellərinin hazırlanmasını təşkil etmək;
 - Yaradılan yeni məhsullar üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
 - Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
 - Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi;
 - Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
 - Makroiqtisadi analizlərin aparılması;
 - Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
 
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı
 - Beynəlxalq imtahanlara (CFA,FRM və s.) hazırlıqda dəstək
 - Treninqlərdə iştirak etmək imkanları
 
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Bazar riskləri mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” yazmağı unutmayın.
Səyyar şöbənin aparıcı auditoru
Son tarix 17 iyn 2023 [email protected]
Əsas vəzifələri:
- Təsdiq edilmiş illik audit planına əsasən Bankın Müştəri xidməti strukturlarında kompleks auditin aparılması;
 - Normativ-hüquqi aktların və bankdaxili qaydaların icra vəziyyətinin auditinin aparılması;
 - Bankın monitorinq olunacaq kredit müştərilərinin risk əsaslı müəyyən edilməsi;
 - Monitorinq olunacaq biznes kredit müştərilərinin bizneslərinə yerində baxışın keçirilməsi və müştərinin gəlirlərinin kredit verilməsinə uyğunluğunun müəyyənləşdirilməsi;
 - Yoxlanılan struktur üzrə xərclərin effektivliyinin qiymətləndirilməsinin aparılması;
 - Bank fəaliyyətində istifadə edilən beynəlxalq və korporativ idarəetmə standartlarının tətbiqini qiymətləndirilməsi;
 - Yoxlanılan struktur üzrə daxili nəzarət sistemlərinin adekvatlığının qiymətləndirilməsi;
 - Audit yoxlaması zamanı aşkar edilən risklərin idarə edilməsi işinin təhlil edilməsi və qiymətləndirilməsi;
 - Audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyyələrin və nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
 
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir) ;
 - Daxili audit, kreditlərin monitorinqi, bank sahəsində risk idarəçiliyi və ya kənar audit sahələrində ən azı 2 illik iş təcrübəsi;
 - Vətəndaş qüsursuzluğuna malik olma;
 - Ezamiyyələrdə iştirak etmək imkanı;
 
Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Daxili Audit departamentində Səyyar şöbənin aparıcı auditoru” yazmağı unutmayın.
Kredit risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 17 iyn 2023 [email protected]
Vəzifəyə olan tələblər:
- Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
 - Kredit riskləri və ya digər müvafiq sahədə təcrübə;
 - Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
 - Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
 - Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
 - Stress altında işləmə qabiliyyəti;
 - MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
 - Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
 - İngilis dili (ən azı intermediate səviyyə)
 - CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
 - Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
 - VBA, R, Python,Power BI üzrə biliklər arzuolunandır;
 
Vəzifə öhdəlikləri:
- Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
 - Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
 - Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
 - Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
 - Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi;
 - Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
 - Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
 
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı
 - Beynəlxalq imtahanlara(CFA,FRM və s.) hazırlıqda dəstək
 - Treninqlərdə iştirak etmək imkanları
 
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit riskləri mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” yazmağı unutmayın.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







