Dövlət şirkəti Azərbaycan Sənaye Korporasiyası işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
"Bioloji Təbabət Klinikası" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
"Camal LTD" işçilər axtarır - MAAŞ 800-900-1000-1200-2000-2500 MANAT - VAKANSİYALAR
"Neptun Supermarket" işçi axtarır - VAKANSİYA
"LV Caspian Ltd" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
1500 manat maaş + bonusla işçi axtarılır - VAKANSİYA
Neptun Supermarket
CRM üzrə mütəxəssis
Son tarix 22 mar 2023 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
- CRM sahəsində 1-3 illik təcrübə;
- SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
- Analiz, problemlərin həlli və qərarvermə;
- Keyfiyyətə fokuslanma;
- Dəqiqlik və təfsilatlara yönümlülük.
Vəzifələr:
- Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
- Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
- Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
- “Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
- CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
- CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “CRM üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.