Dövlət şirkəti Azərbaycan Sənaye Korporasiyası işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
"Bioloji Təbabət Klinikası" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
"Camal LTD" işçilər axtarır - MAAŞ 800-900-1000-1200-2000-2500 MANAT - VAKANSİYALAR
"Neptun Supermarket" işçi axtarır - VAKANSİYA
"LV Caspian Ltd" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
1500 manat maaş + bonusla işçi axtarılır - VAKANSİYA
Camal LTD
İstehsal üzrə mühasib
Son tarix 23 mar 2023 [email protected]
Namizədə tələblər:
- Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır.
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə, mühasibatlıq).
- İş təcrübəsi: İstehsalat sahəsində qeyd olunan vəzifədə 3 ildən artıq
- Kompüter bilikləri: MS Office, 1C.
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Vəzifə öhdəlikləri:
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələr hazırlanmalıdır
- Şirkət Rəhbəri və Maliyyə şöbəsinin müdiri tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Əmək haqqı: 1200 AZN-dən başlayaraq
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İstehsal üzrə mühasib” Mövzu bölməsində göstərin.
Debitor Borclar üzrə Mühasib
Son tarix 23 mar 2023 [email protected]
İş barədə məlumat:
- Debitor borclarının izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
- Debitorların izlənilməsi, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
Namizədə tələblər:
- Təhsil : Ali İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 27 - 45
- Cins : Kişi
- Ali təhsil;
- Maliyyə sahəsində 1-3 illik təcrübə;
- Güclü proses və planlaşdırma düşüncəsi;
- İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmaq;
- Microsoft Word, Excel, 1C(8.3)
- Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
- Yaş həddi 27-45.
Əmək haqqı: 800 AZN +
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Debitor borclar üzrə mühasib” Mövzu bölməsində göstərin.
Recruiter
Son tarix 23 mar 2023 [email protected]
İş barədə məlumat:
İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsahibə komissiyalarının formalaşmasında iştirak etmək. İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək, əmək bazarını araşdırmaq, iışəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək, kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələri formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək, şirkətin CV bazasını genişləndirmək və yeniləmək, uğurlu namizədlər haqqında əvvəlki və indiki işəgötürənlərin rəyinin nəzərə alınması.
Vəzifədən irəli gələn inzibati öhdəliklər:
İş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s. İşçi işə başlayarkən görülən işlərin koordinasiyası, işə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirmək, işçilər barədə məlumat bazasını hazırlamaq, yenilik və dəyişikliklərin daxil edilməsi, Rəhbərlik tərəfindən tapşırılan digər oxşar tapşırıqlar.
Namizədə tələblər:
- Ali (bakalavr) təhsil
- 3-5 il iş təcrübəsi
- AR Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq
- Dil bilikləri - Azərbaycan dili, rus dili səlis, ingilis dili arzuolunandır
- Kompyuter bacarıqları: Ofis proqramları
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
- İşi planlaşdırma və təşkil etmə bacarığı
- Liderlik bacarığı
- İdarəetmə və kommunikasiya bacarığı
- Vaxtı idarəetmə bacarığı
- Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı
- Stressə davamlılıq, müsahibə,tədqiqatçılıq və ünsiyyət bacarığı
- Yaş: 25-40
Əlavə məlumat:
- Nahar şirkət tərəfindən təmin olunur
- İşçi korporativ nömrə ilə təmin olunur.
İş saatları: Həftənin 1-6 günləri.
Əmək haqqı: 800+
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Recruiter” mövzu bölməsində göstərin.
Əmək haqqı üzrə mühasib
Son tarix 23 mar 2023 [email protected]
Namizədə tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Hesabatların auditini bacarmalı;
- Analitik düşünmə qabiliyyəti olmalı;
- Azərbaycan və rus dili bilikləri;
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarını hesablamaq;
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Əmək haqqı: 800-1000 AZN-dən başlayaraq
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
İş yeri:Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Əmək haqqı üzrə mühasib” Mövzu bölməsində göstərin.
Audit şöbə müdiri
Son tarix 23 mar 2023 [email protected]
İş barədə məlumat:
- Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
- Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
- İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
- Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
- Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
- Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
- Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
- Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Namizədə tələblər:
- Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
- Müvafiq sahə üzrə ən azı 3-5 il iş stajı
- Yaş həddi 30-45
- Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə biliklər
Əlavə məlumat:
- Nahar şirkət tərəfindən təmin olunur
- İşçi korporativ nömrə ilə təmin olunur..
- Əmək haqqı: 2000-2500 Azn
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Audit şöbə müdiri” Mövzu bölməsində göstərin.
Qida sahəsi üzrə baş mexanik
Son tarix 23 mar 2023 [email protected]
İş barədə məlumat:
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
- Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
- Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
- Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
- Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
- Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:
Namizədə tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 30 - 45
- Cins : Kişi
- Sahə üzrə Ali təhsil Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
- Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı Təzyiq altında işləmə bacarığı;
- Problemlərə çevik yanaşma Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Əmək haqqı: 900-1200 AZN
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qida sahəsi üzrə baş mexanik” Mövzu bölməsində göstərin.
Beynəlxalq əlaqələr üzrə koordinator
Son tarix 23 mar 2023 [email protected]
Namizədə tələblər:
- Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq, İngilis dili orta;
- Cins kişi və qadın;
- Təhsil: Ali təhsil / İxtisas üzrə təhsilin və maliyyə təhsilinin (xususilə riyazi biliklərin) olması arzuolunandır.
- İş təcrübəsi: İstehsalat sahəsində qeyd olunan vəzifədə 3 ildən artıq
- Kompüter bilikləri: Ofis proqramlarında yüksək səviyyədəişləmək bacarığı;
- Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
- Analitik düşünmə və kreativlik;.
Vəzifə öhdəlikləri:
Mövcud şöbənin müəssisənin satış strategiyasına dəstək xarakterli proyektlərin həyata keçirilməsində mühüm rol oynayır. Müvafiq işçi bu mühüm proyektlərin adminstrativ tətbiqi qismində iştirak etməli, beynəlxalq əlaqələr üzrə yazışmaların , danışıqların aparılması, işgüzar görüşlərin təşkili və nəticələrə əsasən hesabatların hazırlanması kimi vəzifə öhdəliklərini həyata keçirməlidir. İş prosesində ilk dönəm vəzifənin bütün tələbləri ilə bağlı incəliklər tədris ediləcəkdir.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Əmək haqqı: 800+ AZN-dən başlayaraq
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Beynəlxalq əlaqələr üzrə nümayəndə” mövzu bölməsində göstərin.