Dövlət şirkəti Azərbaycan Sənaye Korporasiyası işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
"Bioloji Təbabət Klinikası" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
"Camal LTD" işçilər axtarır - MAAŞ 800-900-1000-1200-2000-2500 MANAT - VAKANSİYALAR
"Neptun Supermarket" işçi axtarır - VAKANSİYA
"LV Caspian Ltd" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
1500 manat maaş + bonusla işçi axtarılır - VAKANSİYA
Azərbaycan Sənaye Korporasiyası
Maliyyə nəzarəti şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 24 mar 2023 - [email protected]
Funksional vəzifələr:
- Cəmiyyətin idarə, filial və nümayəndəliklərin, habelə törəmə cəmiyyətlərin aktivlərinin qorunmasına və bazar dəyərinin artmasına töhfə vermək;
- Cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərin, onların sərbəst balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş etmək;
- Təftişin nəticələrini vaxtında rəsmiləşdirmək və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim etmək;
- Təftiş olunan obyektin rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında təkliflər vermək;
- Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət etmək;
- Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Mühasibat uçotunun aparılmasına və maliyyə, vergi və digər hesabatların tərtibinə dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət etmək;
- maliyyə əməliyyatlarının nəzarətini, pul axınlarının monitorinqini, maliyyə və aidiyyəti olan əməliyyat risklərinin təhlilini aparmaq;
- maliyyə əməliyyatları üzrə təsdiq edilmiş limitlərə nəzarət etmək;
- maliyyə nəzarəti obyektləri üzrə daxili hesabatlılığı təmin etmək;
- Xərclərin (məsrəflərin) səmərəliliyini və məqsədyönlü olmasını dövri olaraq təhlil etmək;
- maliyyə hesabatı sistemi, uçot sistemi, büdcə və digər maliyyə nəzarət funksiyalarının təkmilləşdirilməsi üçün tövsiyələr hazırlamaq;
- kənar və daxili auditorların fəaliyyətini dəstəkləmək, onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək;
- Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri üzrə müqavilələrin icrası və uçotu üzərində maliyyə nəzarəti prosedurlarına uyğun nəzarət tədbirlərini icra etmək;
- şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədlərlə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
- Maliyyə maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi;
- Maliyyə-uçot, Vergi sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır);
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
- ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
- Statistik və riyazi biliklər;
- Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə baza biliklər; (MHBS)
- ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır;
Əmək haqqı 1440 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə nəzarəti şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur (CV-lərin Azərbaycan dilində təqdim edilməsi mütləqdir). Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.