Meqa Sığorta ASC
Həkim-ekspert
Son tarix 30 may 2026 - [email protected]
Struktur bölmə: Tibbi sığorta departamenti
Tələblər:
- Təhsil: Ali tibbi təhsil
- İş təcrübəsi: Minimum 3 il tibbi sığorta sahəsində, o cümlədən 1 il tibbi sığorta ekspertizası üzrə
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – sərbəst danışıq, İngilis dili – B2 səviyyəsi
- Kompüter bacarıqları: Microsoft Word və Excel – sərbəst istifadəçi
- Şəxsi keyfiyyətlər: Analitik düşüncə, yazılı və şifahi ünsiyyət bacarığı, komanda işi, intizamlılıq, dəqiqlik, məsuliyyətlilik, məqsədyönümlülük
Əsas vəzifə öhdəlikləri:
- Tibbi sığorta üzrə tibbi-iqtisadi ekspertizanı həyata keçirmək
- Tibb müəssisələrinin təqdim etdiyi reyestrləri yoxlamaq və tibbi sığorta proqramına uyğunluğunu müəyyən etmək
- Tibb müəssisələri və əczaxanalar tərəfindən hazırlanmış reyestrlərə əsasən ödəmə aktlarını tərtib etmək
- Tibb müəssisələri ilə əməkdaşlıq etmək
- Ödəmələrin həyata keçirilməsi üçün sığorta aktlarını və digər sənədləri şöbə rəhbərliyinə təqdim etmək
- İşlənmiş məlumatları əməliyyat sisteminə daxil etmək
- Sığorta ödənişlərinin uçotunu aparmaq
- Vəzifə təlimatı üzrə tələblərə uyğun işlərin icrası
Əmək şəraiti:
- Əmək haqqı: Namizədin səriştə və təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılır
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 17:45, cümə günü 17:00-dək)
- İş yeri: Baş ofis – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf imkanları
- Peşəkar komandada işləmək imkanı
- Tibbi sığorta təminatı
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük
Mövzu bölməsində “Həkim-ekspert” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.















