ABŞ və İran arasında tezliklə razılıq əldə ediləcəyi ilə bağlı xəbərlərdən sonra neft sürətlə ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Brent» markalı neft 9% ucuzlaşaraq son bir ayda ilk dəfə olaraq 95 dollardan aşağı düşüb. Son bir həftədə isə neftin qiyməti 15%-ə yaxın ucuzlaşıb.
Neftin ucuzlaşmasına səbəb ABŞ prezidenti Donald Trampın İranla danışıqlarda razılığa yaxın olmasıdır. Bazar günü, mayın 24-də Fox News agentliyi məlumat yayıb ki, Vaşinqtonla Tehran arasında çərçivə sazişi 95% razılaşdırılıb. Neft bazarı üçün əsas xəbər isə razılaşmada Hörmüz boğazının dərhal açılması, gəmilərin hərəkətinin isə cəmi 1 ay ərzində müharibəyə qədərki səviyyəyə çatdırılmasının nəzərdə tutulması oldu.
Bununla yanaşı, analitiklər bildirir ki, hətta Vaşinqton və Tehran razılığa gəldiyi halda belə neftin tezliklə 85 dollara enəcəyi inandırıcı deyil çünki Hörmüz boğazı bağla qalan vaxtda ölkələr öz neft ehtiyatların istifadəedib bitiriblər. Həmin ehtiyatların bərpa edilməsi üçün neftə tələbat hələ bir müddət yüksək olaraq qalacaq.
«Freedom Finance Global» şirkətinin analitiki Vladimir Çernovun sözlərinə görə, bulə ssenaridə «Brent» markalı neftin qiyməti 85–92 dollara enəcək. «Neftin tezliklə 85 dollardan da aşağı düşəcəyini gözləmək yersizdir. Çünki neft ehtiyatları tükənib, bazar isə fiziki cəhətdən çox gərgindir. Üstəlik, razılaşma pozulsa, neft yenidən 100-110 dollara, hətta 110-120 dollara qayıda bilər»-deyə ekspert bildirir.
Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə və son nəticədə Hörmüz boğazının bağlanması dünya bazarında nefti bahalaşdıranda Azərbaycan neftinin də qiyməti yüksəlib.
Belə ki, 2025-ci ilin büdcəsində Azərbayan neftinin qiyməti 65 dollardan götürüldüyü halda, hazırda neftin qiyməti 110-115 dollar arasında dəyişir.













