Deluxe Residence MTK
İş icraçısı (Tikinti sahəsində)
Son tarix 10 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində görülən işlərin layihə, texniki sənədlər və iş qrafikinə uyğun icrasına nəzarət etmək;
- İşçi briqadalarının fəaliyyətini təşkil və idarə etmək;
- Günlük və həftəlik iş həcmlərini planlaşdırmaq, icra hesabatlarını hazırlamaq;
- Materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək;
- Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Texniki nəzarətçi və mühəndislərlə koordinasiyalı şəkildə işləmək;
- Görülmüş işləri qəbul aktlarına əsasən sənədləşdirmək.
- Tapşırığı tam və vaxtında yerinə yetirmək.
- İş zamanı avadanlıq və materialları qorumaq və düzgün istifadə etmək.
- İş yerində təhlükəsizlik qaydalarına riayət etmək.
- İş zamanı yaranan problemləri və gecikmələri layihə rəhbərinə dərhal bildirmək.
- Layihə rəhbərinin verdiyi əlavə tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Yaş: 40 - 65
- Tikinti mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Minimum 5 il iş icraçısı kimi təcrübə;
- Layihə oxuma bacarığı və texniki biliklər;
- Komanda ilə işləmə və idarəetmə bacarığı;
- Məsuliyyətli, dəqiq və operativ işləmək qabiliyyəti;
- MS Office (xüsusilə Excel) və AutoCAD proqramlarında işləmə bacarığı üstünlük sayılır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 gün / 09:00 – 18:00
- Əmək haqqı: 2000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.














