Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi - Mütəxəssis
Son tarix 10 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Qurumun ictimaiyyətlə əlaqələr siyasətinin hazırlanmasında və icrasında iştirak etmək
- Qurumun rəsmi mövqeyinin kütləvi informasiya vasitələrində düzgün təqdim olunmasını təmin etmək
- Media ilə əlaqələrin qurulması və koordinasiyası
- Rəsmi tədbirlərin, mətbuat konfranslarının və brifinqlərin təşkili
- Sosial media hesablarının idarə olunmasına nəzarət və kommunikasiya strategiyasının həyata keçirilməsi
- PR və kommunikasiya sahəsində illik və cari fəaliyyət planlarının hazırlanması
- Videomaterialların və digər informasiya məhsullarının hazırlanmasının təşkili və nəzarəti
- Struktur bölmələrdən daxil olan tapşırıqların icrasına nəzarət etmək və hesabatlılığı təmin etmək
- Qurumun imicinin qorunması və gücləndirilməsi istiqamətində tədbirlər görmək
Vəzifəyə dair tələblər:
- PR, jurnalistika, marketinq və ya digər uyğun ixtisas üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi (dövlət sektorunda təcrübə üstünlükdür)
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
- Xarici dillər (ingilis və rus dili) üzrə biliklər arzuolunandır
- Marketinq və sosial media sahəsində nəzəri və praktiki biliklər
- Analitik düşünmə, operativ qərarvermə və təşkilatçılıq bacarığı
- Rəsmi yazışma və sənədlərlə işləmə bacarığı
- Komanda ilə işləmək və tapşırıqları vaxtında icra etmək qabiliyyəti
İş qrafiki:
- 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
- İstirahət günləri - şənbə və bazar
Əməkhaqqı: 1300 AZN müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini baş mütəxəssis başlığı ilə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.
Büdcə və hesabatlılıq sektoru - Baş mütəxəssis
Son tarix 10 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- İllik büdcənin (gəlirlər, xərclər və investisiya qoyuluşları) hazırlanması və təqdim edilməsi;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə hesabatlarının təhlilini aparmaq;
- Büdcə hesabatlarının müqayisəli təhlili (plan-fakt) və hesabat dövrünün sonunda əhəmiyyətli dəyişiklikləri təqdim etmək;
- Daxili və xarici istifadəçilərə hesabatları təqdim etmək;
- Müxtəlif dövlət qurumları tərəfindən tələb olunan hesabatların tərtib və təqdim edilməsi;
- Daxili və xarici auditlə işlərin təşkili və hesabatların təqdim edilməsi;
- Rəhbəlik tərəfindən tləb edilən digər hesabatların hazırlanması.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsi üzrə təcrübə və biliklərin olması;
- Yüksək səviyyədə 1C istifadə bacarığı (ay və il bağlanılması əməliyyatları);
- MS Office proqramlarından (xüsusilə MS Excel) istifadə bacarığı;
- Daxili və xarici məktub və sənədlərin icrası ilə bağlı yazışma bacarığı;
- Məntiqi və analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq, deadline ilə işləmə bacarığı.
İş qrafiki:
- 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
- İstirahət günləri - şənbə və bazar
Əmək haqqı: 1600 AZN müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini baş mütəxəssis başlığı ilə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.
Satınalmalar şöbəsinə baş mütəxəssis
Son tarix 10 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
- Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
- Tender protokollarını hazırlamaq;
- Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
- Cəmiyyətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
- Tender prosesində şirkəti təmsil etmək;
- Cəmiyyətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, iştirakçıların qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə Cəmiyyətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq;
- Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
- Müştəri bazasını genişləndirmək;
- Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus/ingilis dillərini yüksək səviyyədə bilməli;
- Müvafiq sahədə (Satınalmalar üzrə) 2-5 il iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
- Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
- Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət
- Satınalmaların Təşkili və İdarə olunması barədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Analitik təhlil;
- Dəqiqlik;
- Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.
İş qrafiki:
- 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
- İstirahət günləri - şənbə və bazar
Əməkhaqqı: 1880 AZN müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini baş mütəxəssis başlığı ilə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.














