Rusiyanın “İrAero” aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq.
Eləcə də bax: “Utair” şirkəti Surqut-Bakı marşrutu üzrə uçuşların sayını - ARTIRIR
FED.az xəbər verir ki, bu barədə Koltsovo hava limanının mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
Yekaterinburqdan uçuşlar bazar günü saat 17:20-də, çərşənbə günləri isə yerli vaxtla saat 20:20-də planlaşdırılır. Bakıya çatma - müvafiq olaraq 19:20 və 22:20-də olacaq. Biletin qiyməti - 27 815 rubldan (817 manatdan) başlayır.
Qeyd olunur ki, 2021-ci ilin yekunlarına görə, Koltsovo hava limanı Azərbaycana uçan 12 mindən çox sərnişinə xidmət göstərib. Yekaterinburqla Bakı arasında birbaşa uçuşlar bu ilin martında dayandırılıb. (Apa)