Regional turizmin inkişafına dəstək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Qax rayonunun İlisu kəndi ərazisində yerləşən “Uludağ” Turizm və İstirahət kompleksi mmc-yə 400 min AZN məbləğində güzəştli kredit verilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.