İyunun 10-dan Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Samara-Bakı-Samçara marşrutu ilə uçuşların sayını artıracaq. Bu barədə aviaşirkətdən məlumat verilir.
FED.az xəbər verir ki, verilən məlumata görə, hazırda aviaşirkət cümə günləri Samaradan Bakıya birbaşa uçuşlar həyata keçirir. İyunun 10-dan “Ural Hava Yolları” bu marşrut ilə bazar ertəsi əlavə reys həyata keçirəcək.
Uçuşlar “Airbus А320” təyyarələri ilə həyata keçirilir.
Samaradan Bakıya biletin qiyməti 98 avrodan, Bakıdan Samaraya – 133 avrodan başlayır.
Eləcə də bax: Azərbaycana gələn ərəblərin sayı azalır, avropalıların artır