“Yandeks Səyahətlər”in analotikləri tərəfindən müəyyən edilib ki, 2023-cü ildə Azərbaycana səfərlərə rusiyalıların tələbatı 3,5 dəfə və ya 249% artıb.
Antalyaya 6 ayda 4,5 milyon turist gəldi - TÜRKİYƏYƏ MİLYONLAR AXIR
FED.az Rusiya mətbuatına istinadən məlumat verir ki, 2023-cü ilin iyun ayında otellərin bronlaşması və aviabiletlərin axtarışı üzrə məlumatların tədqiqatının yekunlarına dair müvafiq nticə əldə olunub.
Tədqiqata əsasən, Azərbaycan səfərlərə tələbatın artımı üzrə lider olub.
Ekspertlər Azərbaycana səfərlərə tələbatın dəfələrlə artmasının səbəbini 2022-ci illə müqayisədə hər iki tərəfə aviabilet qiymətlərinin 23% - 46 min rubldan 35 min rubla qədər azalmasını adlandırıblar. Eyni zamanda, Azərbaycan otelində gecələmənin orta qiyməti dəyişməz qalıb - 10 min rubl, lakin minimum qiymət bir gecə üçün 3 min rubl təşkil edir. (İnterfaks-Azərbaycan)