2022-ci ildə Radisson-un ABŞ-dakı hissəsini satın alan Choice Hotels-in indi də Wyndham Hotels & Resorts-u almağı planlaşdırdığı bildirilir.
Hotel və mehmanxanalarda gecələmələrin sayı artıb - STATİSTİKA
FED.az xəbər verir ki, mövzuya yaxın mənbələrdən verilən məlumata görə, ABŞ-da yerləşən çoxmillətli şirkət Choice Hotels International-ın Wyndham Hotels & Resorts-u almaq istəyir.
Adının çəkilməsini istəməyən mənbələr, Choice Hotels-in birbaşa Wyndham-ın səhmdarlarına təklif verə biləcəyini bildiriblər.
Bildirilib ki, Quality Inn, Econo Lodge, Clarion, Ascend və Comfort markalarının yer aldığı Choice Hotels, Wyndham-ın alınması ilə orta-yuxarı və lüks seqmentlərdəki böyümək hədəfini sürətləndirmək istəyir.
Choice Hotels 2022-ci ilin iyun ayında Radisson Hotel Group Americas şirkətinin françayzinq biznesini, əməliyyatlarını və əqli mülkiyyətini təxminən 675 milyon dollara almaq üçün müqavilə imzalayıb.
Choice Hotels-in baş direktoru Pat Pasis bu ilin əvvəlində The Wall Street Journal-a verdiyi müsahibəsində, pandemiyadan sonra səyahət və qonaqlama tələbinin güclü olduğunu söyləyib və əlavə edib: "Xüsusilə orta səviyyəli müştərilər büdcələrinə uyğun yerlərə yenidən üstünlük verirlər".
Wyndham Hotels & Resorts 100-dən çox oteli ilə Türkiyənin müxtəlif şəhərlərində də fəaliyyət göstərir. (Marja)