Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb.
Eləcə də bax: Dövlət Turizm Agentliyi hotellərə ciddi - Xəbərdarlıq Edib
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, indi daxili turizm üçün imkanlar yaradılıb: "İnsanların sayının çoxalması, kütləviliyin artması ilə əlaqədar Şahdağ Turizm Mərkəzində məhdudiyyətlər tətbiq edilib. Ümid edirik ki, bu məhdudiyyətlər qısamüddətli olacaq, lakin belə qabaqlayıcı tədbirlərin hamısı insanların sağlamlığı üçün edilir". (Trend)