Moskvadan Tbilisiyə uçan təyyarələrə biletlərin qiyməti iki dəfəyə yaxın artıb.
Bakıdan Bişkekə uçuşlar başladı - QİYMƏTLƏR
Bakıdan Rusiyaya yeni reys açılıb – UÇUŞ QİYMƏTLƏRİ
Türkiyənin aşağı büdcəli şirkəti İzmirlə Bakı arasında - UÇUŞLARA BAŞLADI
Aytalyaya 6 ayda 4,5 milyon turist gəldi - TÜRKİYƏYƏ MİLYONLAR AXIR
FED.az xəbər verir ki, “Georgian Airways”in məlumatına görə, iyulun 28-dən etibarən bir tərəfə biletlərin qiyməti təxminən 1000 dollar təşkil edəcək.
“Gürcüstan Hava Yolları”nın Moskva və Tbilisi arasında birbaşa uçuşlarının qiymətləri iki dəfə artıb. Gürcüstan aviaşirkətindən məlumat verilib ki, "indi çaxnaşma var, hamı bilet alıb dəyişdirir". Onlar həmçinin qiymətlərin təxminən bir ay əvvəlki qiymətlərlə müqayisədə iki dəfə artdığını təsdiqləyiblər. Aviaşirkət onu da qeyd edib ki, son sutka ərzində qiymətlərdə ciddi artım baş verə bilər.
Moskvadan Tbilisiyə biletlərə gəlincə, aviaşirkətin qeyd etdiyi kimi, “heç biri yoxdur, hamısı satılıb”. Eyni zamanda, iyulun 28-dən bir tərəfə biletlərin qiyməti təxminən 1000 dollar təşkil edir: “Fəlakətli qiymətlərdir, çünki bütün ekonom yerlər satılıb, yalnız bahalıları qalıb – premium və biznes”.
Aviaşirkət qeyd edib ki, ekonom sinif biletləri iyunun 30-dan sonrakı tarixə satışa çıxarılıb, lakin onların qiyməti təxminən 500 dollar təşkil edir ki, bu da Tbilisi ilə Moskva arasında birbaşa uçuşların bərpasından sonra olduğundan iki dəfə çoxdur.
Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Rusiyanın “Azimut” aviaşirkəti uçuşlara mayın 19-da başlayıb, mayın 20-də isə “Georgian Airways” son dörd ildə ilk uçuşu həyata keçirib.