BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.
FED.az xəbər verir ki, bu barədə yaxın zamanlarda elanın verilməsi gözlənilir.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq. (Report)