"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" Bakıdan Volqoqrada yeni istiqamət açır.
Bakıdan daha bir şəhərə təyyarə reysi başladı – BİR TƏRƏFƏ UÇUŞ 230 MANAT
Bu barədə FED.az-a "Buta Airways"dən bildirilib.
Uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Qeyd edək ki, «Buta Airways»ın yeni reysi ilə Volqoqrada təyyarə ilə gedib gəlmək üçü qiymətlər «Ekonom» sinif üçün bir tərəfə 211 manatdan başlayır.