Novruz Bayramı, ilin ən çox gözlənilən dövrlərindən biridir və şəhər həyatının gərginliyindən uzaqlaşmaq üçün ideal bir fürsət təqdim edir. Xüsusilə bu bayramda, Azərbaycan əhalisi daha çox bölgələrə yönəlir, çünki təbii gözəllikləri ilə tanınan və mədəniyyəti ilə zəngin olan bölgələr, istirahət etmək üçün mükəmməl bir mühit yaradır.
Bayram günlərində Şəki-Zaqatala otelləri – MƏBLƏĞLƏR, TƏKLİFLƏR
Bayramda rayonlarda evlərdə də qalmaq olar - ŞƏKİ-ZAQATALADA QİYMƏTLƏR
Bayramda otel əvəzinə ev kirayələmək - QUBA-XAÇMAZDA KİRAYƏ QİYMƏTLƏRİ
Quba-Xaçmaz bölgəsi də məhz belə yerlərdən biridir. Novruz Bayramı zamanı bu bölgədəki otellər, ziyarətçilərə yaddaqalan tətil keçirmək üçün geniş imkanlar təqdim edir. Bundan əlavə, Novruz Bayramı münasibətilə bir çox oteldə unikal şənliklər və konsertlər təşkil olunur. Müxtəlif sənətçilərin çıxışları ilə zənginləşdirilmiş bu tədbirlər, bayramın ruhunu tam olaraq hiss etməyə imkan verir.
FED.az bu bölgələrdəki otellərin təklif etdiyi qiymətləri araşdırıb:
Quba :
Gold Hotel Quba:
• 1 nəfərlik standart otaq: 110 manat
• 2 nəfərlik standart otaq: 120 manat
• 3 nəfərlik standart otaq: 160 manat
• 3 nəfərlik junior süit: 180 manat
• 4 nəfərlik standart otaq: 180 manat
• 4 nəfərlik iki yataq otağından ibarət mənzil: 280 manat
• 6 nəfərlik superior mənzil: 300 manat
• 6 nəfərlik üç yataq otağından ibarət mənzil: 320 manat
• 8 nəfərlik üç yataq otağından ibarət mənzil: 350 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Alma Bağı Hotel & Villas:
• 1 nəfərlik otaq: 126 manat
• 2 nəfərlik otaq: 140 manat
• 5 nəfərlik üç yataq otağından ibarət villa: 380 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir. Novruz bayramı ərəfəsi Cəfərli Rəvan, Şakir Abbas, Sabrina, Türkanə Kərimli, Xuraman Şuşalı və Zeylanova Vahidə kimi tanınmışlar canlı ifalar edəcək. Həmçinin rəqs qrupu çıxışı və kosa-keçəl ilə şou əyləncə proqramı baş tutacaq.
Arena Sport Hotel:
• 1 nəfərlik otaq: 135 manat
• 2 nəfərlik otaq: 155 manat
• 3 nəfərlik otaq: 190 manat
Qiymətə səhər yeməyi, gecələmə, canlı musiqi, keçəl və kosa ilə şou proqram, tonqal ətrafında yumurta döyüşü əyləncəsi, müxtəlif oyunlar və hədiyyələr daxildir.
Quba Cənnət Bağı Hotel:
• 1-2 nəfərlik kottec: 140 manat
• 1 nəfərlik standart otaq: 170 manat
• 2 nəfərlik delüks otaq: 200 manat
Qiymətə səhər yeməyi, canlı musiqili şou, bayram tonqalı ətrafında əyləncə proqramı, keçəl və kosa ilə şou proqram daxildir.
Quba Cimi hotel:
• 1 nəfərlik standart otaq: 36 manat
• 2 nəfərlik standart otaq: 41 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Siyəzən:
Qala Altı Villa:
• 1 nəfərlik standart otaq: 60 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Şabran:
Şabran Karvan Otel:
• 1 nəfərlik standart otaq: 60 manat
• 2 nəfərlik standart otaq: 80 manat
• 3 nəfərlik standart otaq: 90 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Qusar:
Azpetrol Hotel Qusar:
• 1 nəfərlik otaq: 40 manat
• 2 nəfərlik delüks otaq: 50 manat
• 2 nəfərlik süit: 55 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
VƏTƏN Hotel:
• 2 nəfərlik dülüks otaq: 60 manat
• 4 nəfərlik superior otaq: 120 manat
• 4 nəfərlik comfort otaq: 127 manat
• 5 nəfərlik süit: 175 manat
Qiymətə gecələmə daxildir səhər yeməyi isə adambaşına 12 manata təklif edilir.
Selena otel:
• 2 nəfərlik otaq: 75 manat
• 4 nəfərlik comfort otaq: 160 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Fraish air boutige:
• 2 nəfərlik otaq : 80 manat
• 3 nəfərlik otaq: 90 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Classic Hotel:
• 2 nəfərlik delüks otaq: 80 manat
• 1 nəfərlik otaq: 90 manat
• 3 nəfərlik otaq: 100 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Qusar Qala Hotel:
• 1 nəfərlik otaq: 105 manat
• 2 nəfərlik otaq: 120 manat
• 3 nəfərlik otaq: 140 manat
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
Xaçmaz:
Arena Hotel Khachmaz:
• 2 nəfərlik otaq: 60 manat
• 3 nəfərlik otaq: 75 manat
• 1 nəfərlik king suit otaq: 75 manat
• 2 nəfərlik king suit otaq: 90 manat