Novruz Bayramı günləri bütün il boyu gərgin iş və stressdə çalışan şəhər əhalisinin bölgələrə çıxması üçün əlverişli vaxt pəncərəsidir.
Bu ölkə ilə diplomatik pasport sahibləri üçün viza tələbi ləğv olunur - FOTOLAR
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin bütün turizm industriyasını məmnun edən 12 günlük istirahət qərarından sonra əksəriyyətin bölgəyə üz tutacağı şübhə doğurmur.
Azərbaycanın təbii gözəllikləri ilə zəngin olan Qax, Şəki, Zaqatala və Balakən bölgələri, öz unikal təbiəti və zəngin mədəniyyəti ilə istirahət etmək istəyənlər üçün əvəzolunmaz istiqamətlərdən biridir.
Novruz bayramı münasibətilə unudulmaz bir tətil keçirmək istəyənlər adı çəkilən bölgələrdə yerləşən otellərə üz tutur.
Bu bölgələrdəki otellər, bayram vaxtlarında xüsusi bayram proqramları, canlı musiqi, əyləncə və uşaqlar üçün şoularla zənginləşdirilmiş təkliflər təqdim edir.
Səhər yeməyi, Spa xidmətləri və əyləncə proqramları ilə yanaşı, bəzi otellərdə xüsusi Novruz şənlikləri və konsertlər, o cümlədən sənətçilərin çıxışları ilə unikal bir bayram təcrübəsi yaşamağa imkan yaradır.
FED.az bu bölgələrdəki otellərin təklif etdiyi qiymətləri araşdırıb:
Bergs Otel (Qax):
Bergs Otel, Qaxda mükəmməl tətil imkanı təklif edir.
- 3 nəfərlik Delüks otaq: 118 manat
- 4 nəfərlik Standard otaq: 178 manat
- 4 nəfərlik Dağ mənzərəli otaq: 218 manat
Qiymətlərə səhər yeməyi, əyləncə proqramı və uşaqlar üçün şou proqramları daxildir.
El Resort Hotel (Qax):
El Resort Hotel, ailələr üçün rahat bir seçimdir.
- 2 nəfərlik Standard otaq: 151 manat
- 2 nəfərlik Bağça mənzərəli otaq: 174 manat
- 2 nəfərlik Bağça mənzərəli və balkonlu otaq: 185 manat
- 4 nəfərlik otaq: 314 manat
- 1 nəfərlik otaq: 129 manat
Qiymətlərə səhər və şam yeməyi, əyləncə proqramları və Spa xidmətləri daxildir. Novruz bayramı ərəfəsində Yusif İsmayılovun canlı ifaları ilə çıxış edəcək.
Sheki Palace Hotel (Şəki):
- 2 nəfərlik Standard otaq: 170 manat
- 1 nəfərlik otaq: 155 manat
- 3 nəfərlik Standard otaq: 190 manat
- 3 nəfərlik Delüks otaq: 210 manat
Qiymətə səhər yeməyi, hovuz, fitness, sauna, türk hamamı və avtomobil park yeri daxildir.
Tulpan Hotel (Şəki):
- 2 nəfərlik otaq: 80 manat
- 3 nəfərlik otaq: 105 manat
Qiymətə səhər yeməyi daxildir.
Macara Sheki City Hotel (Şəki):
- 1 nəfərlik otaq: 130 manat
- 2 nəfərlik otaq: 170 manat
Qiymətə səhər yeməyi daxildir. 21-22 martda Dina Dinara canlı musiqi ilə çıxış edəcək.
Marxal Resort & Spa (Şəki):
Marxal Resort, daha lüks otaq seçimləri ilə tanınır.
- 2 nəfərlik Standard otaq: 192 manat
- 2 nəfərlik Balkonlu Lüks otaq: 252 manat
- 1 nəfərlik Standard otaq: 264 manat
- 1 nəfərlik Balkonlu Lüks otaq: 276 manat
- 3 nəfərlik Standard otaq: 228 manat
Qiymətə səhər yeməyi, hovuz, fitness, sauna və türk hamamı daxildir. Bayram şənliyində El Şahin, Fərid Ağayev, Ülkər Əliyeva, Türkan Abbasova, Orxan Kərimli və Nuxa Trio çıxış edəcək.
RamRamay Hotel (Qax):
- 2 nəfərlik otaq: 55 manat
- 1 nəfərlik otaq: 65 manat
- 3 nəfərlik otaq: 150 manat
Qiymətə qonaqlama və səhər yeməyi daxildir.
Miramida Hotel (Zaqatala):
- 2 nəfərlik otaq: 45 manat
- 1 nəfərlik otaq: 50 manat
Qiymətə gecələmə və səhər yeməyi daxildir.
Arena Hotel (Balakən):
- 2 nəfərlik Standard otaq: 77 manat
- 2 nəfərlik Bağça mənzərəli otaq: 85 manat
- 1 nəfərlik Standard otaq: 68 manat
- 1 nəfərlik Bağça mənzərəli otaq: 75 manat
- 3 nəfərlik Standard otaq: 105 manat
- 3 nəfərlik Bağça mənzərəli otaq: 115 manat
Qiymətə gecələmə və səhər yeməyi daxildir