Azərbaycanın şimal-qərb bölgəsi təbiətinin gözəlliyi, zəngin tarixi və mədəni irsi ilə tanınır. Bu ərazilər həm də turizm sahəsində öz xüsusiyyətləri ilə seçilir. Şəki, Balakən, Qax və Zaqatala kimi bölgələr, yerli və xarici turistlərin ziyarət etməyə maraq göstərdiyi ərazilərdir. Bu səbəbdən bölgələrdə gündəlik ev kirayələri böyük əhəmiyyət kəsb edir.
Bayram günlərində Şəki-Zaqatala otelləri – MƏBLƏĞLƏR, TƏKLİFLƏR
Bayram günlərində Quba-Xaçmaz otelləri – MƏBLƏĞLƏR, TƏKLİFLƏR
Bayramda otel əvəzinə ev kirayələmək - QUBA-XAÇMAZDA KİRAYƏ QİYMƏTLƏRİ
FED.az sözügedən bölgədə ev kirayəsi qiymətlərini araşdırıb. Daha detallı:
Şəki
Şəkidə gündəlik ev kirayələrinin qiymətləri 50-80 manat arasında dəyişir. Şəhər mərkəzində, xüsusilə turistik yerlərə yaxın olan evlər bir qədər baha ola bilər. Lakin daha sakit ərazilərdə yerləşən evlər daha sərfəli qiymətə təklif olunur. Şəkidə həmçinin komfortlu, şəraiti yüksək olan evlər də mövcuddur və onların kirayəsi 100–150 manata qədər çıxa bilər.
Balakən
Balakən, xüsusilə təbiətsevərlər üçün ideal bir yerdir. Dağlarla əhatə olunmuş bu region həm də meyvə bağları ilə məşhurdur. Balakəndə gündəlik ev kirayələri 40-70 manat arasında dəyişir. Balakən daha kiçik və sakit bir yer olduğundan burada qiymətlər digər bölgələrlə müqayisədə bir qədər aşağıdır. Kənd yerlərində yerləşən evlər, xüsusilə ailəvi istirahət etmək istəyənlər üçün əlverişli və münasib qiymətə 30-50 manat civarında təklif edilir.
Qax
Qaxda gündəlik ev kirayəsi 60-90 manat arasında dəyişir. Əgər evlər şəhər mərkəzindədirsə, qiymətlər bir qədər yüksək ola bilər. Lakin şəhərin kənarlarında və daha sakit yerlərində yerləşən evlər münasib qiymətlərlə təklif olunur. Turistik məkanlar, xüsusilə İlisu və Ağçayda, gündəlik ev qiymətləri 80–100 manat aralığında dəyişir.
Zaqatala
Zaqatala həmçinin Azərbaycanın şimal-qərbindəki gözəl bölgələrdən biridir. Bu ərazi zəngin mədəni irsə və təbiətə malikdir. Zaqatala şəhərindəki gündəlik kirayə qiymətləri 50-80 manat arasında dəyişir. Şəhər mərkəzində və ya meşəlik ərazilərə yaxın evlər, adətən 70-80 manata təklif olunur. Zaqatalada həmçinin kənd ərazilərində yerləşən evlər daha sərfəli qiymətlərlə kirayəyə verilir. Bu da turistlərə daha əlverişli şərtlərlə istirahət etməyə imkan yaradır. Həmin yerlərdə evlərin kirayəsini 50 manata tapmaq mümkündür.